Məhkəmə

Apelyasiya məhkəməsi Aytac Tapdığı həbsdə saxlayıb

12 Mart, 2025
24

sosial media

Bakı Apelyasiya Məhkəməsində “Meydan TV”nin jurnalisti Aytac Tapdığın şikayətini təmin etməyib. 

Məhkəmə Xətai Rayon Məhkəməsinin jurnalisti ev dustaqlığına buraxmamaq haqqında qərarını qüvvədə saxlayıb. 

Vəkili Cavad Cavadov mətbuata bildirib ki, Aytac Tapdıq məhkəməyə haqqındakı qaçaqmalçılıq ittihamının əsassız olduğunu və peşə fəaliyyəti ilə bağlı həbs olunduğunu bildirib.

Aytac Tapdıq ötən ilin dekabrında “Meydan TV işi” üzrə həbs edilib. O, qaçaqmalçılıqda ittiham olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hakimiyyəti tənqid edən keçmiş diplomata 10 il cəza istəndi

12 Mart 2025

VOA

Martın 12-də keçirilən məhkəmə prosesində prokuror keçmiş diplomat  Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Emin İbrahimov məhkəmədə son sözlə çıxış edib. O, özünü təqsirli bilmədiyini və həbsini sifarişli hesab etdiyini bildirərək məhkəmədən bəraət istəyib. Prokuror Emin İbrahimovun verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə təqsirli bilinməsini istəyib. İttihama görə, E.İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub. Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edib, zor tətbiq edib, dalaşıblar. Həmin vaxt E. İbrahimov cibində gəzdirdiyi bıçaqla...
Məhkəmə

Sevinc Vaqifqızı: “21 illik hakimiyyəti dövründə heç vaxt gəlirlərini bəyan etməyən Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən pul keçirməkdə ittiham edir”

11 Mart 2025

açıq mənbədən götürülüb

“Öz tənqidçilərini şərləmək üçün Ehtiyat Fondundan pul ayırır" AbzasMedia əməkdaşları Sevinc Vaqifqızı və Elnarə Qasımova bugünkü məhkəmə iclasında ifadə verib.  Sevinc Vaqifqızı ifadəsində bildirib ki, onun və həmkarlarının həbsinin əsl səbəbi doğruları yazmaqları olub:  “Hökumət televiziyaları Xan kəndinə qayıdır mahnısının sədaları altında adamları bihuş edəndə biz göstərirdik ki, bəli, Xan hər kəsdən əvvəl Qarabağa qayıdıb. Əkinə yararlı torpaqları ailəsi və məmurlar arasında bölüşdürüb. Məcburi köçkünlər ora qayıdanda artıq məmurlar orada böyük torpaq sahələrinin sahibinə çevrilmişdilər. Qarabağ veteranları isə ya pullarını vaxtında ala bilməyən ya da heç almayan fəhlələrə dönmüşdülər. “Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq” deyən prezidentin təkcə Şuşanı yox,...

Seçilmiş Videolar

Toplum TV loqo