VOA
Martın 12-də keçirilən məhkəmə prosesində prokuror keçmiş diplomat Emin İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Emin İbrahimov məhkəmədə son sözlə çıxış edib.
O, özünü təqsirli bilmədiyini və həbsini sifarişli hesab etdiyini bildirərək məhkəmədən bəraət istəyib.
Prokuror Emin İbrahimovun verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə təqsirli bilinməsini istəyib.
İttihama görə, E.İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub.
Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edib, zor tətbiq edib, dalaşıblar. Həmin vaxt E. İbrahimov cibində gəzdirdiyi bıçaqla K.Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərər vurub.
Emin İbrahimov ötən prosesdə məhkəmənin nəzərinə çatdırıb ki, zərərçəkəni tanımır və həbsinin əsl səbəbi Azərbaycandakı idarəetməylə bağlı çıxışlarıdır.
Aprelin 11-də baş tutacaq məhkəmə iclasında ona hökm oxunacağı gözlənilir.
E.İbrahimov 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində, 2016-2019-cu illərdə Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib. 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.
O, Azərbaycan hökumətinin fəaliyyətini tənqidləri ilə tanınır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
Sevinc Vaqifqızı: “21 illik hakimiyyəti dövründə heç vaxt gəlirlərini bəyan etməyən Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən pul keçirməkdə ittiham edir”
açıq mənbədən götürülüb
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb