Məhkəmə

AXCP üzvü hakimə: “Osuz da yuxarıdan nə əmr gələcəksə, onu da edəcəksiz”

7 Fevral, 2025
227

Açı mənbədən götürülüb

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Daşkəsən RŞ sədri Sahib Məmmədzadənin Apelyasiya şikayətinin ilkin iclası keçirilib.

Prosesdə Sahib Məmmədzadə dövlət  tərəfindən təyin olunmuş vəkildən imtina edib. 

Azadlıq Qəzetinin məlumatına görə, o, məhkəmədən öz vəkilni tələb edib.

"Mən İlham Əliyevin girovluğundayam, onsuz da yuxarıdan nə əmr gələcəksə onu da edəcəksiz”,  S.Məmmədzadə hakimə deyib.

Məhkəmə prosesi təxirə salınaraq 11 fevrala təyin edilib.

Sahib Məmmədzadə ötən il martın 18-də mal-qarasını Daşkəsən rayonuna yaylağa apararkən polislər tərəfindən saxlanılıb.

Martın 19-da ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə cinayət işi qaldırılıb.

Dekabrın 10-da Gəncə Ağır Cinayətlər Məhkəməsi Sahib Məmmədzadəni 6 il 6 ay həbsə məhkum edib.

AXCP Sahib Məmmədzadənin həbsini siyasi fəaliyyəti əlaqələndirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Jurnalist Fərid İsmayılovun həbs olunmasından bir il keçir

17 Yanvar 2026

Foto: sosial media

"Toplum TV” əməkdaşı, jurnalist Fərid İsmayılovun həbs olunmasından bir il keçir. "Toplum TV işi” üzrə 2024-cü il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, 2025-ci il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib.  F.İsmayılov dəfələrlə məhkəmə proseslərində heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib.  Jurnalist məhkəmə çıxışlarının birində həbsini belə təsvir edib: “Yanvarın 17-də səs-küyə yuxudan ayıldım. Yatağıma maskalı şəxs tullanıb, əllərimi bağladı. Üzərimdə oturub, hərəkət etməyimə imkan vermədi. Təxminən 10 polis evi axtardı. İlk öncə elə başa düşmüşdüm ki, evə oğurluğa giriblər, polis yazısını görəndə rahatlamışdım. Yenə hüquq...
Məhkəmə

"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb

17 Yanvar 2026

İllustrasiya: Meydan TV

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə məhkəmə prosesi keçirilib.  "Meydan TV"-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktlarını oxumağa davam edib.  Bu zaman təqsirləndirilən şəxslərdən jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanada zorakılığa məruz qaldığını, bununla bağlı vəsatət vermək istədiyini deyib. Hakim isə dövlət ittihamçısının çıxışını davam etdirməli olduğunu deyib.  Dövlət ittihamçısının çıxışı isə üç saat çəkib. O, bu müddət ərzində yalnız "Meydan TV"-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) və Bakı Jurnalistika Məktəbinin direktoru Ülvi Tahirli barəsindəki ittiham aktlarını tamamlaya bilib.  Hakim təqsirləndirilən jurnalistlərin zalda olan yaxınlarına xəbərdarlıq edərək onları məhkəmə zalından çıxarmaqla...

Seçilmiş Videolar

Toplum TV loqo