Foto: sosial media
Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin cərimə kamerasına (karser) salındığı bildirilir.
Bu barədə iyulun 13-də “Azadlıq Qəzeti” məlumat yayıb.
Məlumatda deyilir ki, Kərimli cəzaçəkmə müəssisəsinə Ədliyyə Nazirli və Penitensiar Xidmətdən gələn nümayəndələrin önündə tənqidi çıxış edib və şərlənərək həbs olunduğunu deyib, bundan sonra isə o, döyülüb və karserə salınıb.
Onun karserə nə vaxt və nə qədər müddətə salındığı haqda məlumat verilmir.
Kərimli 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra həbs olunub.
2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona Cinayət Məcəlləsinin satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsilə 6 il həbs cəzası verib.
Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.
Son aylarda AXCP-in 10-a yaxın üzvü inzibati qaydada həbs olunub. Əlavə olaraq isə partiyanın ən az 15 üzvünə cinayət işi açılıb.
Onlar ittihamları rədd edir və siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Amerikanın Səsi
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib