Məhkəmə

“Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib

19 noyabr, 2026
30

sosial media

Bakıda “Baksol yolu” adlanan ərazidə kanalizasiya kollektoruna düşərək həyatını itirən Cümşüd Cümşüdlünün ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, noyabrın 19-da Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Hökmə əsasən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Dövlət ittihamçısı əvvəlki iclasda Cümşüdovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəmişdi.

İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iki gün sonra Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Faktla bağlı səhlənkarlıq nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi başlanıb. Azər Cümşüdov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Əvvəlki iclasların birində hadisə yerinin yaxınlığında obyekti olan sahibkar Səyyar Nuriyev ərazidə çökmələrin hadisədən təxminən ilin əvvəlindən müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, problemlə bağlı bir neçə dəfə “Azərsu”nun qaynar xəttinə müraciət edib.
Şahid əraziyə çəkilən məhəccərlərin kifayət etmədiyini və yerə möhkəm bərkidilmədiyini də bildirib. Azər Cümşüdov isə bu iddiaları qəbul etməyərək təhlükəli sahənin lazımi şəkildə məhəccərlə əhatəyə alındığını deyib.

Digər sahibkar Asif Həbibov isə ərazinin iki aydan çox təhlükəli vəziyyətdə qaldığını, bu səbəbdən bir müddət oranı öz məhəccərləri ilə bağladığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayev adına verilmiş şəxsiyyət vəsiqəsinin saxta olduğunu deyib 

19 noyabr 2026

sosial media

Noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin şikayəti üzrə hazırlıq iclası keçirilib. Bu barədə İnsan Haqları Naminə Həmrəylik Komitəsi məlumat yayıb. Komitənin məlumatına görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda iş materialları ilə tanış olunub. Rusiya vətəndaşı olan Kamal İsayevin məhkəmə prosesində Rusiya səfirliyinin nümayəndəsi də iştirak edib. İş materiallarında İsayevin adına 2007-ci ildə verilmiş Azərbaycan vətəndaşlıq vəsiqəsinin olduğu məlum olub. İsayev isə heç vaxt Azərbaycan vətəndaşı olmadığını deyib: “1989-cu ildə Rusiyaya köçmüşəm və o vaxtdan orada yaşayıram. Bu şəxsiyyət vəsiqəsi saxtadır”. K.İsayebin vəkil Nemət Kərimli müdafiə etdiyi şəxsin Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndirmədiyini deyib....
Məhkəmə

"QHT işi": Bəşir Süleymanlı 7 il 6 ay azadlıqdan məhrum edildi

19 noyabr 2026

sosial media

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, “QHT işi” üzrə təqsirləndirilən Bəşir Süleymanlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə Süleymanlıya hökm oxunub. Hökmə əsasən, o, 7 il 6 ay azadlıqdan məhrum edilib. Prokuror Bəşir Süleymanlının 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi. Bəşir Süleymanlı ötən ilin martında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı xeyli miqdarda leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.  B.Süleymanlı ittihamların heç birini qəbul...

Seçilmiş Videolar

Toplum TV loqo