Məhkəmə

Kamal İsayev adına verilmiş şəxsiyyət vəsiqəsinin saxta olduğunu deyib 

19 noyabr, 2026
42

sosial media

Noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin şikayəti üzrə hazırlıq iclası keçirilib.

Bu barədə İnsan Haqları Naminə Həmrəylik Komitəsi məlumat yayıb.

Komitənin məlumatına görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda iş materialları ilə tanış olunub. Rusiya vətəndaşı olan Kamal İsayevin məhkəmə prosesində Rusiya səfirliyinin nümayəndəsi də iştirak edib.

İş materiallarında İsayevin adına 2007-ci ildə verilmiş Azərbaycan vətəndaşlıq vəsiqəsinin olduğu məlum olub. İsayev isə heç vaxt Azərbaycan vətəndaşı olmadığını deyib:
“1989-cu ildə Rusiyaya köçmüşəm və o vaxtdan orada yaşayıram. Bu şəxsiyyət vəsiqəsi saxtadır”.

K.İsayebin vəkil Nemət Kərimli müdafiə etdiyi şəxsin Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndirmədiyini deyib. Onun sözlərinə görə, İsayev Qarabağın azad olunması ilə bağlı silsilə videolar çəkib və Azərbaycan xalqını təbrik edib.

İş üzrə növbəti məhkəmə iclası noyabrın 25-nə təyin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2026-cı il tarixli hökmü ilə İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə təqsirli bilinib.

İsayev son sözündə ittihamları rədd edib:

“Qarabağ azad olunanda Azərbaycan xalqını təbrik edən videolar paylaşmışam. Həmin videoların bir neçəsini də burada nümayiş etdirdiniz. Ölkə xaricində Azərbaycanla bağlı tədbirlərdə iştirak etmişəm, maliyyə dəstəyi də göstərmişəm. İndi mən talış xalqının problemləri haqda da açıq danışıramsa, separatçı oluram? Heç vaxt Azərbaycanın parçalanmasının tərəfdarı olmamışam. Bəzi çıxışlarımda sadəcə olaraq talışları təhqir edənlərə cavab vermişəm. İstintaq orqanı və dövlət ittihamçısı da özlərinə sərf edən hissələri kontekstdən çıxarıb ittiham aktı hazırlayıblar”.

Rusiya vətəndaşı olan və orada yaşayan İsayev ötən ilin noyabrında Türkiyəyə səyahət edərkən saxlanılıb və Azərbaycana ekstradisiya edilib. Onun “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub. İsayev Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini mütəmadi tənqid edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib

19 noyabr 2026

sosial media

Bakıda “Baksol yolu” adlanan ərazidə kanalizasiya kollektoruna düşərək həyatını itirən Cümşüd Cümşüdlünün ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, noyabrın 19-da Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Hökmə əsasən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Dövlət ittihamçısı əvvəlki iclasda Cümşüdovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəmişdi. İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd...
Məhkəmə

"QHT işi": Bəşir Süleymanlı 7 il 6 ay azadlıqdan məhrum edildi

19 noyabr 2026

sosial media

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, “QHT işi” üzrə təqsirləndirilən Bəşir Süleymanlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə Süleymanlıya hökm oxunub. Hökmə əsasən, o, 7 il 6 ay azadlıqdan məhrum edilib. Prokuror Bəşir Süleymanlının 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi. Bəşir Süleymanlı ötən ilin martında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı xeyli miqdarda leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.  B.Süleymanlı ittihamların heç birini qəbul...

Seçilmiş Videolar

Toplum TV loqo