Məhkəmə

Dövlət sirri yaymaqda təqsirləndirilən hərbi ekspert azadlığa buraxılıb

8 Aprel, 2025
121

Ədalət Verdiyev/şəxsi arxiv

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyevə hökm oxunub.

Aprelin 7-də Nəsimi rayon Məhkəməsi onun barəsində 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 

Ona təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Ədalət Verdiyev ötən ilin noyabr ayında saxlanılıb.

O, həmin dövrdə Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Ə.Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.

Ədalət Verdiyev daha çox hakimiyyətyönlü ekspert kimi tanınır. O, istər Qarabağ müharibəsi, istərsə də ölkənin müdafiə, hərbi sahədə gördüyü işlərlə bağlı hakimiyyəti birmənalı şəkildə dəstəkləyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ruslan İzzətli: “Ziyalıların çoxu şəxsi maraqlara görə məmləkətin uçuruma getməsinə susur”

30 May 2025

Foto: sosial media

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından yazır: Respublika dəyərlərinin hakim olduğu ölkələrdə siyasətçilər siyasi meydanlarda, seçki proseslərində, media quruluşlarında xalqa müraciət edir. Respublika dəyərlərinin boğulduğu ölkələrdə isə siysətçilər həbsxanalardan xalqa müraciət edir.  Həbsxana mənim üçün həm də siyasətçinin inzivaya çəkildiyi yerdir. Düşünmək, analiz etmək, gələcəyi daha yaxşı inşa etmək üçün inziva önəmlidir. Təbii ki, kimisi bu inzivadan özünü, davasını inkar edərək çıxır, kimisi də qaranlığa qərq olmuş məmləkətin aydınlığa çıxması üçün daha enerjili və əzmli çıxır.   Dövlətimizin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə bizim üçün həm də dönməzlik simvoludur… Həbsxanada keçirdiyim ikinci Respublika bayramı günümü...
Məhkəmə

Afiəddin Məmmədov: “Cəzaçəkmə müəssisəsində siçanlar ərzaq qutularını deşir”

30 May 2025

Foto: VOA

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir.  “İşçi Masası”ndan Toplum TV-yə bildirilib ki, Məmmədov müəssisədə “dözülməz, antisanitar” şəraitdə saxlanılır.  “Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər. Yatmaq üçün ayrılmış yerlərdə də siçanlar dolaşır”, - açıqlamada deyilir.  “İşçi Masası”, həmçinin, Məmmədova istinadən bildirir ki, müəssisədə normadan artıq sayda məhbus saxlanılır.  “250-dən çox məhbus üçün cəmi 4 sanitar qovşaq fəaliyyət göstərir. Nəticədə məhbuslar saatlarla növbədə gözləməyə məcbur olurlar”, - deyə qeyd olunub.  Təşkilat həbsdə olan sədrlərinin səhhətində nasazlıq olduğunu, lakin müəssisədə lazımi tibbi şəraitin olmadığını bildirir.  “Məhbuslar...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo