Məhkəmə

Əli Kərimli haqqında ittiham hökmü qüvvəyə minib

6 Fevral, 2025
145

Açıq mənbədən götürülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə 1500 manat cərimələnməsi barədə Nəsimi Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti vermişdi. Onun şikayətinə fevralın 6-da Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Əli Kərimlinin vəkili Fəxrəddin Mehdiyev məhkəmədəki çıxışında bildirib ki, müvəkkili haqqında hökm qanunsuz və əsassızdır. Vəkilin sözlərinə görə, məhkəmə mübahisəsinə səbəb olan çıxışlarında Əli Kərimli heç kimə böhtan atmayıb:

“Əli Kərimli olmuş məsələlərə aydınlıq gətirib. Jurnalist sual verib, o da cavablandırıb”.

Fəxrəddin Mehdiyev deyib ki, Əli Kərimli haqqında ittiham hökmü ifadə azadlığının, ədalətli məhkəmə araşdırması hüququnun pozulması deməkdir və ləğv olunmalıdır.

Əli Kərimli özü də barəsindəki hökmün qanunsuz və əsassız hesab edir. Onun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsi bu hökmü çıxaranda onun AXCP-nin keçmiş üzvü Aydın Əliyev haqqında dediyi üç fikri əsas götürüb – hökumətlə yaxınlaşması, AXCP-nin siyasi kursuna zidd hərəkətlərinə görə çıxarılması, onun sonra partiyaya zorla bərpa olunması:

“Mənim dediyim bu fikirlər konkret faktlara əsaslanır. Onun partiyadan çıxarılması qərarını da mən verməmişəm, partiyanın Rəyasət Heyəti verib”.

Xüsusi ittihamçı Aydın Əliyev bildirib ki, Əli Kərimlinin 1500 manat cərimələnməsi barədə hökmdən apelyasiya şikayəti verməsə də, daha sonra ona qarşı yeni addımlar atmağı planlaşdırır:

“Mən elə bilirdim ki, o da hökmdən şikayət etməyəcək”.

Hakimlər kollegiyası Əli Kərimli haqqında çıxarılmış hökmü qüvvədə saxlayıb.

Məhkəmədən sonra jurnalistlərə açıqlama verən Əli Kərimli bildirib ki,bu məhkəmə işi hüquqi yox, siyasi prosesdir:

 “Söhbət 1500 manat cərimələnməkdən getmir. Bununla ciddi neqativ presedent yaradılır. Bu hökmü qüvvədə saxlamaqla onu sübut edirlər ki, hakimiyyətlə əməkdaşlıq insanın şərəf və ləyaqətini alçaldır. Ona görə məhkəmədə dedim ki, bunu nəzərə alsınlar. Onminlərlə insan – deputat, seçki komissiyalarının üzvləri və s. hakimiyyətlə əməkdaşlıq edir. Məhkəmə qərarları dövlət adından çıxarılır. Mən israr elədim ki, bu səhv edilməsin, lakin elədilər”.

Əli Kərimli xüsusi ittihamçının məhkəmədə ona qarşı yeni addımlar atacağı barədə dediklərinə də toxunub:

“Mən bilirdim ki, hakimiyyət məndən əl çəkən deyil. Aydın Əliyev məni yeni cinayət işlərilə təhdid etdi. Bu ölkədə prinsipial müxalifət olmaq asan deyil, təzyiqsiz günümüz olmur. Nə cinayət işi olsa, əsassız olacaq”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb

16 Sentyabr 2025

Foto: açıq mənbə

Sentyabrın 16-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib. "Meydan TV"-nin xəbərinə görə, ayrı-ayrılıqda icra olunan proseslərdə jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb.  2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib. Saxlanılan jurnalistlərin...
Məhkəmə

Fazil Qasımov Penitensiar Xidmət əməkdaşları tərəfindən hədələndiyini deyir 

16 Sentyabr 2025

Foto: sosial media

Sentyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində iqtisadçı Fazil Qasımovun işi üzrə növbəti baxış iclası keçirilib.  Hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda F.Qasımov çıxış etməzdən öncə vəkili ilə ünsiyyət üçün vaxt istəyib, amma hakim bunu təmin etməyib.  Daha sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən ötən ilin yanvarın 24-də məhkəmə iclasında Penitensiar Xidmətin əməkdaşları tərəfindən hücuma məruz qaldığını xatırladıb.  İqtisadçı bildirib ki, hazırda da ona Penitensiar Xidmət əməkdaşları tərəfindən hədə-qorxu gəlinir. O deyib ki, cəzaçəkmə müəssisəsinə qayıtdıqdan sonra ona qarşı hücumlar ediləcəyi barədə hədələnib.  Daha sonra F.Qasımov indiyə qədər verdiyi vəsatətlərin heç birinin məhkəmə tərəfindən təmin edilmədiyini, eləcə də...

Seçilmiş Videolar

Toplum TV loqo