Əli Kərimlinin mühafizəçisi olmuş Bəhruz Həsənli Ukraynada 30 sutkalıq həbs olunub
Sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Bəhruz Həsənli Ukraynada 30 sutkalıq həbs olunub.
Partiya üzvlərinin yaydığı məlumata görə, bu barədə avqustun 6-da Ukrayna Apellyasiya Məhkəməsi qərar verib.
Məhkəmə fəalın barəsində iyulun 27-dən hesablanmaqla 40 günlük müvəqqəti həbs qərarı verib.
B.Həsənli iyulun 27-də Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Ukraynanın Xarkov şəhərində saxlanılıb, daha sonra məhkəmə qərarı ilə sərbəst buraxılmışdı.
Ukrayna prokurorluğu isə fəalın barəsində birinci instansiya məhkəməsinin qərarından şikayət verib və apellyasiya məhkəməsi bunu təmin edib.
B.Həsənlinin vəkilinin məlumatına görə, hələlik Azərbaycandan fəalın ekstradisiyası ilə bağlı Ukraynaya rəsmi sorğu daxil olmayıb. Buna baxmayaraq, prokurorluq yerli qanunvericiliyə əsasən ekstradisiya sorğusu təqdim olunana qədər şəxsin müvəqqəti həbsini tələb edə bilər.
30 gün ərzində Azərbaycan ekstradisiya ilə bağlı sorğu göndərmədikdə isə Bəhruz Həsənli qanunla sərbəst buraxılmalıdır.
AXCP-nin məlumatına görə, B.Həsənli Ukraynada beynəlxalq müdafiə ilə təmin olunmaq üçün rəsmi müraciət edib, lakin müraciətə mahiyyəti üzrə baxılmasına hələ başlanmayıb.
Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-yə qədər üzvü həbsdədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Meydan TV işi”: 'Azərbaycanda fikir və söz azadlığı Əliyev iqtidarının təcavüzü altındadır'
Meydan TV
Ramil Babayevin son sözündən: “Parlaq gənclər həbsdə, cinayətkarlar azadlıqdadır”
Sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?