Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 oktyabr, 2026
202

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib.

Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik.

"Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm:

“Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən heç bir hüquqi nəticə gözləmirəm. Şikayətimə Zəfər Əhmədovun sədrliyi ilə baxılmasına etdiyim etiraz göstərdi ki, Azərbaycan məhkəmələri “kolxoz”dan, hakimləri də “bazarkom”dan fərqlənmir. Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər.

MHŞ-dən istəyim məhkəməmə “bazarkom”ların yox, xidmət etdikləri şah və vəzirlərin hakim kimi təyin olunmasıdır”.

"Toplum TV işi” üzrə 2024-cü il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, ötən il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib. 

Bu il iyulun 27-də "Toplum TV işi" üzrə həbs olunan şəxslərə hökm oxunub. F.İsmayılov 12 il müddətinə azadlıqdan məhrum edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrum edilib

19 noyabr 2026

sosial media

Bakıda “Baksol yolu” adlanan ərazidə kanalizasiya kollektoruna düşərək həyatını itirən Cümşüd Cümşüdlünün ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, noyabrın 19-da Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda hökm elan olunub. Hökmə əsasən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Dövlət ittihamçısı əvvəlki iclasda Cümşüdovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəmişdi. İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd...
Məhkəmə

Kamal İsayev adına verilmiş şəxsiyyət vəsiqəsinin saxta olduğunu deyib 

19 noyabr 2026

sosial media

Noyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin şikayəti üzrə hazırlıq iclası keçirilib. Bu barədə İnsan Haqları Naminə Həmrəylik Komitəsi məlumat yayıb. Komitənin məlumatına görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda iş materialları ilə tanış olunub. Rusiya vətəndaşı olan Kamal İsayevin məhkəmə prosesində Rusiya səfirliyinin nümayəndəsi də iştirak edib. İş materiallarında İsayevin adına 2007-ci ildə verilmiş Azərbaycan vətəndaşlıq vəsiqəsinin olduğu məlum olub. İsayev isə heç vaxt Azərbaycan vətəndaşı olmadığını deyib: “1989-cu ildə Rusiyaya köçmüşəm və o vaxtdan orada yaşayıram. Bu şəxsiyyət vəsiqəsi saxtadır”. K.İsayebin vəkil Nemət Kərimli müdafiə etdiyi şəxsin Azərbaycan dövlətinin əleyhinə fikirlər səsləndirmədiyini deyib....

Seçilmiş Videolar

Toplum TV loqo