Məhkəmə

"Atasının hesabına hakim olan biri öz iradəsilə qərar verə bilməz" 

27 Avqust, 2025
63

Foto: Abzas Media

Avqustun 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyilə "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi baş tutub. 

Təqsirləndirilən şəxslər əvvəlcə hakim heyətinin tərkibinə etiraz ediblər. 

"Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı Z.Əhmədovun prokurorluqdakı vəzifəsindən xaric edildiyini və müəmmalı şəkildə hakim təyin edildiyini deyib. 

"Zəfər Əhmədov atası, keçmiş millət vəkili Vahid Əhmədovun sayəsində bu vəzifəyə gəlib. O, öz iradəsilə qərarlar qəbul edə bilməz. Yalnız ona verilən göstərişləri yerinə yetirər. Ona görə də, bu hakim heyətinin tərkibinə etiraz edirik”, - o bildirib. 

Hakim heyəti vəsatəti rədd edib və məhkəmə eyni tərkibdə davam edib. 

Daha sonra müdafiə tərəfinin vəkilləri vəsatətlərlə çıxış ediblər və jurnalistlərə bəraət verilməsini istəyiblər. 

Vəkillərlə birlikdə təqsirləndirilən şəxslər də çıxış ediblər. Onlar həbslərinin siyasi xarakter daşıdığını və peşə fəaliyyətlərinə görə həbs edildiklərini vurğulayıblar.

"Abzas Media"nın direktoru Ülvi Həsənli birinci instansiya məhkəməsində olduğu kimi bu məhkəmədən də ədalətli qərar gözləmədiyini deyib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib 

28 Avqust 2025

Foto: sosial media

Avqustun 27-də Şəki Apellyasiya Məhkəməsində hakim Əyyub Kərimovun sədrliyilə həbsdə olan siyasi şərhçi Azər Qasımlının məhkəmə prosesi keçirilib.  A.Qasımlının həyat yoldaşı Samirə Qasımlı “Facebook” səhifəsində bildirib ki, proses cəmi 3 dəqiqə, tərəflərin iştirakı olmadan keçirilib. S.Qasımlı prosesə gecikib, qarşı tərəf isə, ümumiyyətlə, gəlməyib.  “Saat 11.00-ə təyin olunan “məhkəmə” prosesi saat 11.02-də başlayıb 11.05-də bitdi. Özü də tərəflərin iştirakı olmadan. Qışdan bəri Azər Qasımlının mülki iş üzrə Şəkidə gedən “məhkəmə” proseslərində iştirakına imkan verilmədiyi üçün onun hüquqi təmsilçisi kimi mən iştirak edirəm. Dünənki prosesə 5 dəqiqə gecikdik və biz zala 11.05-də daxil olarkən boş otaqda yalnız “hakim”in köməkçisi vardı və bizə...
Məhkəmə

"İl boyu tikan batırdıqları qadınlara bir gün gəlib gül verirlər"

26 Avqust 2025

Foto: VOA

"Abzas Media"nın həbsdə olan əməkdaşı Elnarə Qasımova saxlanıldığı Bakı İstintaq Təcridxanasında qadın məhbuslarla rəftar barədə məktub yazıb.  "Abzas Media"nın dərc etdiyi məktubda E.Qasımova hərəsi 3 mərtəbə olmaqla 8 korpusdan ibarət təcridxanada yalnız bir mərtəbənin qadınlara ayrıldığını bildirib.  "Kişilərin saxlanıldığı mərtəbələrdə say maksimum 100 nəfər olsa da, 150, bəzən 200 nəfərə çatan qadınlar cəmi bir mərtəbəyə sığışdırılıb. Buna görə yaranan sıxlıq, yer, yataq çatışmazlığı və özü ilə gətirdiyi bir çox maneələrlə qadınlar baş etməli olurlar. Səslərini çıxarıb etiraz edəndə də nəzarətçilərdən bir söz eşidirlər: “Özünüzü kişilərə göstərirsiniz?”", - o qeyd edib.  Jurnalist qadın məhbusların geyimi, makiyajı, davranış tərzi, hətta danışıq tonuna...

Seçilmiş Videolar

Toplum TV loqo