Dünya

NATO Baltik səmasında təhlükə yaradan hərbi təyyarələrin vurulmasına icazə verdi

10 İyul, 2026
106

NATO Air Command

NATO Baltik ölkələrinin hava məkanını patrul edən hərbi hava qüvvələrinin missiyasının statusunu genişləndirir. Yeni qərara əsasən, NATO qırıcılarının pilotları hava məkanını pozan və təhlükə yaradan pilotsuz uçuş aparatlarını, eləcə də hərbi təyyarələri siyasi icazə almadan vurmaq səlahiyyəti alacaqlar.

"NATO Baltik ölkələrinin hava məkanının patrul missiyasını hava hücumundan müdafiə missiyasına çevirir. Bu, Alyansa daha böyük çeviklik qazandıracaq və havadan gələn təhdidlərə daha sürətli reaksiya verməyə imkan verəcək", - Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "X" hesabında yazıb.

Nazir bildirib ki, Estoniyadakı "Əmari" aviabazası bundan sonra NATO-nun rəsmi əməliyyat bazası kimi fəaliyyət göstərəcək.

Estoniyanın müdafiə naziri Hanno Pevkur isə ERR-ə deyib ki, NATO qırıcılarının pilotları artıq hədəfi vurmaq üçün paytaxtdan siyasi təsdiq gözləməyəcəklər.

Onun sözlərinə görə, əvvəlcə komanda mərkəzi radar vasitəsilə uçan obyekti aşkar edəcək, sonra pilot onu vizual şəkildə müəyyənləşdirəcək. Yerdə əlavə zərərin olmayacağı və ya minimum səviyyədə qalacağı təsdiqləndikdən sonra pilot hədəfi məhv etmək barədə müstəqil qərar verə biləcək.

NATO Litva, Latviya və Estoniyanın hava məkanının patrulu missiyasına bu ölkələrin 2004-cü ildə Alyansa qoşulmasından sonra başlayıb. İndiyədək qırıcılar əsasən Rusiya hərbi təyyarələrini müşayiət etmək və müəyyənləşdirmək üçün havaya qaldırılırdı.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra isə Baltik ölkələrinin hava məkanına pilotsuz uçuş aparatlarının daxil olması halları artıb. May və iyun aylarında NATO qırıcıları Estoniya və Latviya üzərində istiqamətini itirmiş Ukrayna pilotsuz uçuş aparatlarını vurublar.

Litva hakimiyyəti Rusiyanı Ukrayna dronlarını qəsdən Baltik ölkələri istiqamətinə yönəltməkdə ittiham edir. Rəsmi Vilnüs hesab edir ki, Moskvanın məqsədi Baltik ölkələrini Rusiyaya qarşı hücumlarda iştirak etməkdə günahlandırmaqdır.

Rusiya Xarici Kəşfiyyat Xidməti may ayında Ukraynanın guya Latviya ərazisindən Rusiyaya zərbələr endirməyə hazırlaşdığını və Baltik ölkələrinin Ukrayna ordusu üçün "hava dəhlizi" yaratdığını iddia etmişdi. Qurum Latviyanı, NATO üzvü olmasına baxmayaraq, "ədalətli cavabla" hədələmişdi. Riqa isə bu ittihamları rədd edib.

Litva prezidenti Gitanas Nauseda bildirib ki, NATO-nun indiyədək həyata keçirdiyi hava patrulu missiyası sülh dövrü üçün nəzərdə tutulub və qırıcılar əsasən insidentlər zamanı təyyarələri müşayiət etməklə kifayətlənirdilər.

Onun sözlərinə görə, hazırkı təhlükəsizlik mühiti artıq sülh şəraiti hesab oluna bilməz. Nauseda vurğulayıb ki, missiyanın statusunun dəyişdirilməsi son dövrlərdə dronlarla bağlı insidentlər fonunda çəkindirici təsir göstərəcək və Litvanın hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dnepr şəhərində dəmir yolu vağzalına dron hücumu: azı 14 nəfər ölüb

29 Oktyabr 2026

BBC

Ukraynanın Dnepr şəhərindəki əsas dəmir yolu vağzalına Rusiyanın dron hücumu nəticəsində azı 14 nəfər həlak olub, 10 nəfər yaralanıb. "Reuters" xəbər verir ki, reaktiv dron sərnişinlərin Zaporojye şəhərinə yola düşən qatara minmək üçün toplandığı platformanı vurub. Dnepr şəhərinin meri Boris Filatov “Telegram” kanalında hücum nəticəsində çox sayda insanın öldüyünü və yaralandığını bildirib.  Ukraynanın dövlət dəmir yolu şirkəti “Ukrzaliznıtsya” isə təhlükənin artması barədə xəbərdarlığa baxmayaraq, platformada sərnişinlərin olduğunu və hadisə yerində xilasetmə qruplarının işlədiyini açıqlayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, oktyabrın 29-da yerli vaxtla saat 11:00 radələrində Dnepr istiqamətində Rusiyaya məxsus dörd reaktiv dron hücum edib.  “Kyiv Independent” nəşrinin Hərbi...
Dünya

İspaniyada sürət qatarları toqquşub, azı 40 nəfər həlak olub

28 Oktyabr 2026

sosial media

Oktyabrın 28-də İspaniyanın mərkəzində iki sürət qatarının toqquşması nəticəsində azı 40 nəfər həlak olub.  “Reuters” agentliyinin yaydığı məlumata görə, qəza Toledo əyalətində, Urda yaxınlığında Madrid–Sevilya yüksək sürətli dəmir yolu xəttində baş verib. İlkin məlumatlara əsasən, Renfe dövlət dəmir yolu şirkətinə məxsus qatar dayanmış digər qatarın arxasına çırpılıb. Toqquşma nəticəsində iki vaqon relsdən çıxıb. Castilya-La Mança muxtar bölgəsinin rəsmiləri ölənlərin sayının əvvəlcə 10 nəfər olduğunu, daha sonra isə 46-a yüksəldiyini bildiriblər. Qəzanın səbəbi ilə bağlı araşdırma davam edir. Həlak olanların sayının artacağı ehtimal olunur. Hadisədən sonra Madridlə Əndəlüs bölgəsi arasındakı yüksək sürətli dəmir yolu xəttində hərəkət dayandırılıb. Bu il yanvar ayında...

Seçilmiş Videolar

Toplum TV loqo