Foto: sosial media
"Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpayın (Məmmədzadə) və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının barələrində seçilmiş həbs qətimkan tədbiri uzadılıb.
APA-nın xəbərinə görə, iyulun 9-da bu barədə Binəqədi Rayon Məhkəməsində ayrı-ayrılıqda keçirilən proseslərdə istintaq orqanının təqdimatlarına baxılıb.
Məhkəmə təqdimatları təmin edib və hər iki şəxs barəsində qüvvədə olan həbs qətimkan tədbirləri 3 ay müddətinə uzadılıb.
Süleymanlı və Məmməd Alpay bu iş üzrə martın 14-də həbs olunublar.
ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub, istintaq müddəti ərzində polis nəzarətinə verilib.
Eyni cinayət işi üzrə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Toplum TV
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Azər Qasımlı həbsdə qaldı