Ölkə

DTX: Azərbaycanda şəxsi videokameralara xaricdən müdaxilənin qarşısı alınıb 

8 İyul, 2025
20

Foto: açıq mənbə

Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkə ərazisində videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi əleyhinə kibertəhlükəsizlik tədbirləri həyata keçirdiyini açıqlayıb. 

İyulun 8-də yayımlanan bəyanatda ölkə xaricində yaşayan, kimliyi açıqlanmayan şəxslərin
"müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşulduğu" bildirilir. 

DTX-nin açıqlamasına görə, sözügedən şəxslər bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsinə cəhd ediblər.

"Aparılmış araşdırmalarla, həmçinin, Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub. Faktla əlaqədar DTX tərəfindən aidiyyatı dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilib", - bəyanatda qeyd olunub.

DTX əlavə edir ki, kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilib. 

Bu cihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğunun aşkarlandığı, həmin boşluğun kibermüdaxilənin əsas faktoru kimi müəyyənləşdirildiyi bildirilir. 

"Eyni zamanda, qeyd olunan təhlükəsizlik boşluğunun aradan qaldırılması aidiyyatı xarici istehsalçı şirkətdən tələb edilmiş, habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya ehtiyatlarından silinməsi təmin olunub", - açıqlamada deyilir. 

DTX vətəndaşlara  "informasiya-kommunikasiya vasitələri ilə bağlı müvafiq qaydalara ciddi riayət etməyi, mənşəyi və texniki göstəriciləri məlum olmayan avadanlıqlardan istifadə zamanı diqqətli olmağı" tövsiyə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Memar: "Əhalini yer-yurdundan etmək üçün müxtəlif üsullara əl atırlar"

8 İyul 2025

Foto: Əkinçi

Paytaxtın Yasamal rayonunun Bayırşəhər adlanan hissəsində yaşayan ailələrin köçürülməsi davam edir.  Memar və ictimai fəal Abdul Hüseynov iyulun 7-də "Facebook" səhifəsində Bayırşəhərdə, Təzəpir məscidi yaxınlığında yaşayan daha bir ailənin köçdüyünü xəbər verib.  O qeyd edib ki, Əlövsət Quliyev küçəsində yaşamış ailə Xırdalana köçməyə hazırlaşır.  "Onlar Bayırşəhər ərazisini tərk edərək Xırdalana köçməyə məcbur qalırlar. Təbii ki, bu, onların haqqıdır. Lakin son zamanlar gördüyümüz kimi yerli əhalini bu tarixi ərazidən, yerindən-yurdundan etmək üçün müxtəlif üsullara əl atırlar", - Hüseynov deyib.  Sakinlərin Bayırşəhərdən köçməsi ərazidə son aylarda tarixi məhəllələrin sökülməsi fonunda baş verir. Hökumətyönlü media bəzi sakinlərin təklif olunan təzminata razılaşmadığını, buna görə...
Ölkə

DİN: “Sputnik Azərbaycan” haqqında cinayət işi başladılıb, 7 nəfər saxlanılıb

1 İyul 2025

Foto: Trend News Agency

“Sputnik Azərbaycan”ın iyunun 30-da saxlanılan əməkdaşları haqqında cinayət işi açılıb.  Bu barədə APA Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat yayıb. Məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, ümumilikdə isə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.  DİN-in yaydığı açıqlamada isə qeyd olunur ki, “Sputnik Azərbaycan”ın bu ilin fevralında akkreditasiyası dayandırılsa da, media orqanının “qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında” DİN araşdırmalara başlayıb. Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də...

Seçilmiş Videolar

Toplum TV loqo