Foto: currenttime.tv
Moskvada hüquq-mühafizə orqanlarının keçirdikləri reydlər nəticəsində 500-dən çox şəxs saxlanılıb.
Moskva Şəhər İstintaq Komitəsinin açıqlamasında deyilir ki, reydlər, əsasən, hostellərdə və ibadət evlərində "qanunsuz miqrasiyanı dayandırmaq üçün" keçirilib.
Saxlanılan şəxslər miqrasiya qanununu və ya başqa qaydaları pozub-pozmadıqlarını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına aparılıblar.
Nəticədə, 30-dan çox miqrant ölkəyə giriş-çıxış qaydalarını pozmaq əsası ilə ölkədən deportasiya edilib. Onlardan biri əvvəlcədən axtarışda olub.
Komitə miqrantların hansı ölkələrin vətəndaşları olduqlarına aydınlıq gətirməyib.
Ötən ilin martında Moskvanın “Crocus” konsert zalında baş vermiş terror aktından sonra Rusiya xaricilər və əmək miqrantlarına qarşı siyasətini kəskin şəkildə sərtləşdirib.
Bundan əlavə, hüquq-mühafizə orqanları millətçi “Rus icması” təşkilatının nümayəndələri ilə birlikdə bazarlarda, məscidlərdə, hamamlarda və kafelərdə reydlər keçirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AP
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Azər Qasımlı həbsdə qaldı