Ölkə

Memar: "Əhalini yer-yurdundan etmək üçün müxtəlif üsullara əl atırlar"

8 İyul, 2025
103

Foto: Əkinçi

Paytaxtın Yasamal rayonunun Bayırşəhər adlanan hissəsində yaşayan ailələrin köçürülməsi davam edir. 

Memar və ictimai fəal Abdul Hüseynov iyulun 7-də "Facebook" səhifəsində Bayırşəhərdə, Təzəpir məscidi yaxınlığında yaşayan daha bir ailənin köçdüyünü xəbər verib. 

O qeyd edib ki, Əlövsət Quliyev küçəsində yaşamış ailə Xırdalana köçməyə hazırlaşır. 

"Onlar Bayırşəhər ərazisini tərk edərək Xırdalana köçməyə məcbur qalırlar. Təbii ki, bu, onların haqqıdır. Lakin son zamanlar gördüyümüz kimi yerli əhalini bu tarixi ərazidən, yerindən-yurdundan etmək üçün müxtəlif üsullara əl atırlar", - Hüseynov deyib. 

Sakinlərin Bayırşəhərdən köçməsi ərazidə son aylarda tarixi məhəllələrin sökülməsi fonunda baş verir. Hökumətyönlü media bəzi sakinlərin təklif olunan təzminata razılaşmadığını, buna görə də söküntünün ləngidiyini yazırdı.

Hüseynov Təzəpir məscidi ətrafının Bakının 2040-cı ilə qədər nəzərdə tutulmuş baş planına əsasən "xüsusi mühafizə olunan ərazi" statusuna malik olduğunu xatırladıb. 

Bu statusa əsasən isə, ərazidə söküntü deyil, yalnız yenidənqurma və reabilitasiya işləri aparıla bilər. Sakinlər isə yalnız zəruri olduqda müvəqqəti şəkildə yaxınlıqdakı ərazilərə köçürülə bilərlər. 

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bildirdiyinə görə, Bayırşəhərin söküntüsü zamanı dövlət reyestrində tarixi abidə kimi qeydiyyata alınan tikililərə toxunulmayacaq. 

Hüseynov isə daha öncə Toplum TV-yə deyib ki, ərazidə 120-130 yaşlı tarixi abidələr var ki, 2015-16-cı illərdə reyestrdən çıxarılıb. “Onda belə çıxır ki, onlar bu abidələri sökəcəklər?”, - o sual edib. 

Bəzi sakinlərin daha əvvəl “Xəzər TV”-yə dediyinə görə, onlara söküləcək evlərin hər kvadrat metrinə 2200-2700 manat aralığında olmaqla kompensasiya təklif olunub. Onlar isə məbləğin az olduğunu düşünür.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

DTX: Azərbaycanda şəxsi videokameralara xaricdən müdaxilənin qarşısı alınıb 

8 İyul 2025

Foto: açıq mənbə

Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkə ərazisində videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi əleyhinə kibertəhlükəsizlik tədbirləri həyata keçirdiyini açıqlayıb.  İyulun 8-də yayımlanan bəyanatda ölkə xaricində yaşayan, kimliyi açıqlanmayan şəxslərin "müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşulduğu" bildirilir.  DTX-nin açıqlamasına görə, sözügedən şəxslər bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsinə cəhd ediblər. "Aparılmış araşdırmalarla, həmçinin, Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub. Faktla əlaqədar DTX...
Ölkə

DİN: “Sputnik Azərbaycan” haqqında cinayət işi başladılıb, 7 nəfər saxlanılıb

1 İyul 2025

Foto: Trend News Agency

“Sputnik Azərbaycan”ın iyunun 30-da saxlanılan əməkdaşları haqqında cinayət işi açılıb.  Bu barədə APA Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat yayıb. Məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, ümumilikdə isə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.  DİN-in yaydığı açıqlamada isə qeyd olunur ki, “Sputnik Azərbaycan”ın bu ilin fevralında akkreditasiyası dayandırılsa da, media orqanının “qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında” DİN araşdırmalara başlayıb. Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də...

Seçilmiş Videolar

Toplum TV loqo