Məhkəmə

“İnteraz”ın rəhbəri 12 il azadlıqdan məhrum edildi

24 Fevral, 2025
189

açıq mənbədən götürülüb

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Mətləb Bağırov 3 il jurnalist fəaliyyəti ilə məşğul olması qadağan edilərək, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı da onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Mətləb Bağırov son sözündə hakimlərdən ədalətli qərar verilməsini xahiş edib: "Məhkəmədən xahiş edirəm ki, mənə bəraət verilsin. Hamınıza təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində əziyyətimi çəkən əməkdaşlara və vəkilimə də təşəkkür edirəm".

“Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov 44 yaşındadır. Əslən Cəlilabad rayonundandır. İranın Qum şəhərində və Suriyada dini təhsil alıb. İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir. 

O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. 

Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir

17 Sentyabr 2025

Foto: sosial media

"Meydan TV işi" üzrə həbs olunan jurnalist Fatimə Mövlamlı sözügedən iş üzrə ibtidai istintaqın bitməsi ilə bağlı təəssüratlarını bölüşüb.  Mövlamlının "Facebook" səhifəsində dərc olunan məktubu olduğu kimi təqdim edirik: “Milyonluq şər” "Meydan TV işi" üzrə istintaq yekunlaşdı. İstintaqın yekunlaşması bu iş üzrə həbs edilənlərə 4 sentyabrda elan olundu. Məlumunuzdur ki, adımız bir milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə, yetmiş doqquz min manatdan artıq vergi borcunda hallandırılır. Hər birimiz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yeddi ayrı maddəsi ilə ittiham edilirik. İttihamları oxuduqca özümü gülməkdən saxlaya bilmirdim. Doğrudan, iş o qədər bərbad və reallıqdan uzaq qurulub ki, məndə hiddət belə doğurmur, sadəcə...
Məhkəmə

“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb

16 Sentyabr 2025

Foto: açıq mənbə

Sentyabrın 16-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib. "Meydan TV"-nin xəbərinə görə, ayrı-ayrılıqda icra olunan proseslərdə jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb.  2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib. Saxlanılan jurnalistlərin...

Seçilmiş Videolar

Toplum TV loqo