“Kars”da saxlanan işçi hüquqları fəalının vəkili ilə görüşməsinə icazə verilmir
Foto: VOA
6 saylı cəzaçəkmə müəssisəsində cərimə kamerasında (karser) saxlanan işçi hüquqları fəalı Elvin Mustafayevin vəkili ilə görüşməsinə icazə verilməyib.
Bu barədə vəkil Zibeydə Sadıqova iyunun 4-də “Facebook” səhifəsində xəbər verib.
Vəkilin dediyinə görə, ona bildirilib ki, müəssisənin rəisi görüşə icazə vermir.
Mayın 6-da Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başlayandan sonra Mustafayev 13 saylı cəzaçəkmə müəssisəsindən 6 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və burada karserə salınıb.
Fəal mayın 19-da karserdən çıxarılmalı olsa da, onun burada saxlanma müddəti 10 gün uzadılıb.
İyunun 3-də isə ailəsi xəbər verib ki, Mustafayevin karserdə qalma müddəti daha 1 ay uzadılıb.
Ailəsi Mustafayevin davamlı karserdə saxlanılmasını “yuxarıların sifarişi” sayır və onun səhhətindən narahatlıq ifadə edir.
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb.
2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.
Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti ilə əlaqələndirib.
2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Aynur Elgünəş Mirsaleh Seyidova: "Övladım bildiyim varlığa həsrət qoymağınız mübarizə metodu deyil"
Foto: Toplum TV
Foto: sosial media
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir
Fərid Mehralızadə: “365 gündür ki, ədalətin qətl edilməsinə şahidlik edirəm"