Məhkəmə

Namizəd Səfərov 7 il azadlıqdan məhrum edildi

26 noyabr, 2026
28

sosial media

Noyabrın 26-da da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquqşünas və hökumət tənqidçisi Namizəd Səfərovun cinayət işi üzrə sonuncu iclas keçirilib.

Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Namizəd Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən prosesdə prokuror onun 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.

Namizəd Səfərov ötən il dekabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulur.

N. Səfərov əvvəlki iclasların birində zərərçəkən kimi tanınan şəxsi tanımadığını demişdi. O, həmçinin saxlanılan zaman yanında olan şəxslərin şahid qismində dindirilməsini və ofisinin yaxınlığındakı təhlükəsizlik kameralarının görüntülərinin araşdırılmasını istəmişdi. Məhkəmə həmin vəsatətləri baxılmamış saxlamışdı.
İttiham aktına əsasən, Namizəd Səfərov vəzifəli tanışları vasitəsilə Günel Əfəndiyevanı vəzifəyə təyin etdirəcəyini vəd edib, bu məqsədlə ondan 53 min manat alıb. İstintaqın iddiasına görə, o, vədinə əməl etməyib.

Hüquqşünas ittihamı rədd edir və təqsirsiz olduğunu bildirir. O, siyasi baxışlarına və tənqidi fikirlərinə görə cəzalandırıldığını deyir.
N. Səfərov Milli Şuranın üzvü olub, lakin 2020-ci ildə bu qurumdan istefa verib. Son dövrlərdə xaricdəki mühacirlərin formalaşdırdığı Azərbaycan Xalq Parlamentinin üzvü idi.
Hüquqşünas ayrı-ayrı illərdə deputatlığa və prezidentliyə namizədliyini də irəli sürüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hökumət tənqidçisinə verilən 8 il yarımlıq həbs hökmü qüvvədə saxlanılıb

26 noyabr 2026

sosial media

Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin apellyasiya şikayəti üzrə hazırlıq iclası keçirilib. İnsan Haqları Naminə Həmrəylik Komitəsinin məlumatına görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 sentyabr 2026-cı il tarixli hökmü qüvvədə saxlanılıb. Həmin hökmə əsasən, İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Komitə bildirib ki, məhkəmə prosesində ittihamın irəli sürülməsi ilə bağlı tarixlər də diqqət çəkib. Məlum olub ki, Kamal İsayev 2025-ci il noyabrın 4-də Türkiyədə olub, ertəsi gün isə barəsində axtarış elan edilib. Məhkəmə iclasında Kamal İsayev və vəkili Nemət...
Məhkəmə

Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verib

24 noyabr 2026

sosial media

Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib. Partiya üzvlərinin yaydığı məlumata görə, iclas şahidlərin dindirilməsi ilə davam edib. Bildirilib ki, şahidlər arasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev də olub. AXCP-nin məlumatına görə, onların heç biri Əli Kərimlinin əleyhinə ifadə verməyib. Partiyanın açıqlamasında deyilir ki, şahidlər Ramiz Mehdiyevin Əli Kərimli ilə birlikdə dövlət çevrilişi hazırlaması barədə iddianı inkar ediblər. “Timur Mehdiyev bildirib ki, atası təqaüdə çıxdıqdan sonra yalnız prezident İlham Əliyevə...

Seçilmiş Videolar

Toplum TV loqo