Dünya

Danimarkada prokurorlara məhkəmədə hicab taxmaq qadağan edilib

26 noyabr, 2026
12

sosial medya

Danimarka hökuməti prokurorların məhkəmə iclaslarında dini baş örtükləri taxmasını qadağan edən yeni qaydaların tətbiqinə başlayıb.

Bu barədə noyabrın 25-də Danimarka Ədliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Ədliyyə naziri Nikolay Vammen Baş Prokurorluqdan məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçıları üçün yeni daxili qaydalar hazırlamağı xahiş edib.

Nazirin sözlərinə görə, prokurorlar da hakimlər kimi məhkəmə proseslərində dini və siyasi baxımdan neytral görünməlidirlər. Bu məhdudiyyət dini baş örtüklərinə də şamil olunacaq.

Vammen bildirib ki, məhkəmə sistemində dövlət ittihamçılarının obyektivliyi və qərəzsizliyi ilə bağlı şübhələrə yol verilməməlidir.

Yeni qaydalar dövlət adından cinayət işlərində ittihamı təmsil edən prokurorlara aid olacaq. Onların konkret qüvvəyə minmə tarixi açıqlanmayıb, qaydaların mümkün qədər tez tətbiq edilməsi nəzərdə tutulur.

Danimarkada hakimlərə 2009-cu ildən məhkəmə iclasları zamanı dini və siyasi simvollar taxmaq qadağan edilib.
Məsələ Viborq şəhərində çalışan prokuror Zahra Sediqinin sosial şəbəkədə Danimarkada hicabla işləyən ilk prokuror olduğunu yazmasından sonra gündəmə gəlib. Dövlət Prokurorları Assosiasiyası daha əvvəl onun mövcud geyim qaydalarını pozmadığını bildirmişdi.

Danimarkada bununla yanaşı, məktəblərdə də hicabın qadağan edilməsi məsələsi müzakirə olunur. Baş nazir Mette Frederiksen ibtidai və aşağı orta məktəblərdə belə bir qadağa ilə bağlı müzakirələrə müsbət yanaşdığını bildirsə də, onun qanunvericiliyə uyğun tətbiqinin çətin ola biləcəyini qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

ABŞ prokurorluğu: Çinin “Huawei” şirkəti etirazçıları izləmək üçün İran hakimiyyətinə kameralar verib

25 noyabr 2026

sosial medya

ABŞ-də federal məhkəmənin münsiflər heyəti Çinin texnologiya nəhəngi “Huawei” şirkətini və onun üç törəmə müəssisəsini bank və elektron dələduzluğu, İrana qarşı sanksiyaların pozulması, kommersiya sirlərinin oğurlanması və çirkli pulların yuyulması ilə bağlı ittihamlar üzrə təqsirli bilib. Bu barədə ABŞ Ədliyyə Nazirliyi noyabrın 24-də məlumat yayıb. Nyu-Yorkun Bruklin şəhərində keçirilən və 12 həftə davam edən məhkəmə prosesində münsiflər heyəti “Huawei”yə qarşı irəli sürülmüş 12 ittihamdan 10-u üzrə təqsirli hökm çıxarıb. Şirkət mütəşəkkil cinayətkar birlik yaratmaq və ədalət mühakiməsinə mane olmaq məqsədilə sui-qəsddə iştirak ittihamları üzrə isə bəraət alıb. ABŞ prokurorluğunun məhkəmədə təqdim etdiyi sübutlara görə, “Huawei” uzun illər İrandakı fəaliyyətini beynəlxalq...
Dünya

İsveçrə Gülnarə Kərimovanın 252 milyon dollarını Özbəkistana qaytaracaq

25 noyabr 2026

sosial media

İsveçrə Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın müsadirə edilmiş aktivlərindən daha 252,5 milyon dolları ölkəsinə qaytaracaq. Bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, vəsait “Uzbekistan Vision 2030 Fund” trast fondu vasitəsilə ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə və insan kapitalının inkişafına yönəldiləcək. Maliyyə vəsaitinin əsasən təhsil və səhiyyə sahələrinə sərf olunacağı qeyd edilib. İsveçrə ilə Özbəkistan arasında Kərimovanın müsadirə edilmiş aktivlərinin geri qaytarılması barədə saziş 2022-ci ilin avqustunda Bern şəhərində imzalanıb. Məlumata görə, İsveçrə banklarında ümumilikdə 840 milyon dollar dondurulmuşdu. “Gazeta.uz”un yazdığına görə, tərəflər 2022-ci ildə təxminən 131 milyon dolların, 2025-ci ildə isə daha 182...

Seçilmiş Videolar

Toplum TV loqo