sosial media
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi olan “PDD Holdings” şirkəti ilə bağlı araşdırmanı yekunlaşdırıb.
Agentliyin məlumatına görə, araşdırma rəqabəti məhdudlaşdıran qiymət siyasəti vasitəsilə hökmran mövqedən sui-istifadə və Rəqabət Məcəlləsinin bir sıra müddəalarının pozulması əlamətləri üzrə aparılıb.
Söhbət Məcəllənin aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqini qadağan edən 16.2.1-ci, rəqiblərin rentabelli fəaliyyətini mümkünsüz edən aşağı qiymət siyasətinə aid 16.2.7-ci və məhsulun iqtisadi və ya texnoloji əsas olmadan maya dəyərindən aşağı qiymətə satılmasını qadağan edən 16.2.8-ci maddələrindən gedir.
Araşdırma “Temu”nun aşağı qiymət və endirim siyasətinin yerli onlayn ticarət bazarında rəqibləri sıxışdırıb-sıxışdırmadığını müəyyənləşdirməyə yönəlib.
Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətlərinin müəyyən edildiyi bildirilib. Bununla əlaqədar, pozuntu barədə rəsmi işin qaldırılması məsələsinə baxmaq üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul olunub.
Hazırda şirkətin təqsirli bilinməsi barədə yekun qərar yoxdur. Komissiya əvvəlcə işin başlanıb-başlanmaması məsələsini nəzərdən keçirəcək. Pozuntu təsdiqlənərsə, Rəqabət Məcəlləsinə əsasən şirkətə əvvəlki maliyyə ilindəki ümumi dövriyyəsinin 10 faizinə qədər maliyyə sanksiyası tətbiq oluna bilər.
“Temu” və ya onun sahibi “PDD Holdings” araşdırma ilə bağlı hələlik ictimai açıqlama verməyib.
Platformanın Azərbaycandakı istifadəçilərinin dəqiq sayı açıqlanmasa da, onun yerli e-ticarət və çatdırılma bazarındakı təsirinin artdığı görünür. “Temu” 2026-cı ilin sentyabrında Azərbaycanda “Google Play”in alış-veriş kateqoriyasında ən çox yüklənən tətbiq olub. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin 2025-ci il hesabatında isə “Temu” istifadəçilərinin sayındakı artımın poçt operatorlarının fəaliyyətində özünü göstərdiyi qeyd olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
İnanclı məhbusun görüş otağı üçün 70 manat ödəmədiyinə görə “kars”a salındığı bildirilir
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub