AbzasMedia
“Abzas Media” beynəlxalq “Index on Censorship” təşkilatının 2026-cı il ifadə azadlığı mükafatının jurnalistika kateqoriyasında qalib elan olunub.
Bu kateqoriyada Azərbaycan nəşri ilə yanaşı, Gürcüstanın müstəqil media qurumlarını birləşdirən “Sinatle Media” şəbəkəsi və Ukraynanın regional nəşri “Vorskla” da mükafata namizəd göstərilmişdi.
“Index on Censorship” jurnalistika mükafatını senzuranı və ifadə azadlığına qarşı təhdidləri üzə çıxaran, ictimai maraq doğuran araşdırmalar və materiallar hazırlayan media qurumlarına təqdim edir.
Təşkilat “Abzas Media”nı Azərbaycanda korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdıran müstəqil nəşr kimi xarakterizə edib:
“‘Abzas Media’nın redaksiyası Azərbaycandakı həbsxanalarla mühacirət arasında bölünüb. Bunların hər ikisi jurnalist fəaliyyəti üçün son dərəcə çətin şəraitdir. Lakin bu, onların fəaliyyətinə mane olmayıb. Onlar hakimiyyəti sorğulamağa və oxucularını məlumatlandırmağa davam edərək göstərirlər ki, repressiyalar bu jurnalistlərin yaradıcılığı və cəsarəti qarşısında acizdir. Bu, təqdirəlayiqdir. Onların cəsarətini qiymətləndirməkdən və Azərbaycanda həbsdə olan bütün jurnalistlərin azadlığa buraxılması ilə bağlı çağırışımızı bir daha səsləndirməkdən şərəf duyuruq”.
İfadə azadlığı mükafatı jurnalistika ilə yanaşı, incəsənət və ictimai fəallıq istiqamətləri üzrə də təqdim olunur.
2016-cı ildə fəaliyyətə başlayan “Abzas Media” yüksək vəzifəli şəxslər, o cümlədən prezidentin ailəsi və yaxın çevrəsi ilə əlaqəli olduğu iddia edilən korrupsiya və maliyyə əlaqələri barədə araşdırmalar dərc edib. Nəşr, həmçinin insan hüquqlarının pozulması, siyasi həbslər, polis zorakılığı və həbsxanalardakı vəziyyətlə bağlı materiallar yayımlayıb.
2023-cü ilin noyabrında redaksiyanın ofisində axtarış aparılıb, avadanlıqlar müsadirə olunub və jurnalistlər həbs edilib.
2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham ediliblər. Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ChatGbt
president.az
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub