sosial medya
Bakının Səbail rayonunda, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanındakı tarixi binanın giriş qapısı əvvəlki vəziyyətinə qaytarılıb. Binanın sahibinə belə halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) noyabrın 26-da APA-ya bildirib ki, araşdırma zamanı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqlənib və tarixi memarlıq abidəsinə qanunsuz müdaxilə müəyyən olunub: “Sahibkara tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi də izah edilib”.
Məsələ noyabrın 24-də memar Elçin Əliyevin sosial şəbəkədəki paylaşımından sonra gündəmə gəlib. O, qapının dəyişdirilməsinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatı daxilində baş verdiyini ehtimal edib. Memarın sözlərinə görə, son bir ildə tarixi qapının şüşə konstruksiya ilə əvəzlənməsinə ikinci dəfə cəhd edilib.
Həmin gün Dövlət Xidməti açıqlama yayıb ki, binaya baxış zamanı qapının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi müəyyən olunub. Qurum o vaxt araşdırmanın davam etdiyini, abidənin ilkin görkəminə qaytarılması və dəymiş ziyanın ödənilməsi istiqamətində iş aparıldığını açıqlayıb.
Noyabrın 25-də isə Səbail Rayon İcra Hakimiyyəti qapının uzun müddət istifadə olunduğundan yararsız vəziyyətə düşdüyünü və Dövlət Xidmətinin razılığı ilə təmir-bərpa məqsədilə müvəqqəti dəyişdirildiyini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
"Meydan TV"nin həbsdə olan baş redaktoru əməliyyat olunub
Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”
Elnarə Qasımovanın yazısından: “Rəis qadın məhkumları döyür, yaraları görünməsin deyə “kars”a göndərir”
İsa Qəmbərin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub