Məhkəmə

Nərgiz Muxtarovaya 7 il yarım müddətinə şərti cəza verilib

9 İyul, 2026
34

Əkinçi

İyulun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan vətəndaş cəmiyyəti fəalı Nərgiz Muxtarovanın ittiham olunduğu iş üzrə yekun məhkəmə prosesi keçirilib. 

APA-nın xəbərinə görə, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Hökmə əsasən, Nərgiz Muxtarovaya 3 ili sınaq müddəti olmaqla 7 il 6 ay müddətinə şərti həbs cəzası verilib. 

O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə təqsirli bilinib. 

Fəala qarşı daha əvvəl irəli sürülən 313-cü (Vəzifə saxtakarlığı) maddəyə isə xitam verilib. 

"QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay və "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov saxlanılıb. H.Həsənov sonradan ev dustaqlığına buraxılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı və qanunsuz pul vəsaitlərini leqallaşdırma daxil olmaqla bir neçə maddəsi üzrə ittiham irəli sürülüb. 

Həmin ilin aprelində isə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.

İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Qraffitiyə görə həbs olunan gənc ev dustaqlığına buraxılmayıb 
 

9 İyul 2026

Sosial media

"Nizami" kinoteatrının divarındakı qraffitilərlə bağlı cinayət işi çərçivəsində həbs olunmuş Ardeşir Seypfur Saad Abadinin şikayəti üzrə məhkəmə prosesi keçirilib.    Yaxınlarının yaydığı məlumata görə, iyulun 8-də Nəsimi Rayon Məhkəməsində Abadinin barəsindəki həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.    Müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəsə də, məhkəmə vəsatəti təmin etməyib.    “Bu qərar bizi dərindən məyus etdi. Biz hesab edirik ki, 19 yaşlı bir tələbənin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması xahişinə baxmayaraq, müvəqqəti həbsin davam etdirilməsi nə mütənasiblik prinsipinə, nə də humanist yanaşmaya uyğundur. Biz hüquqi mübarizəmizi səbr, ardıcıllıq və qanuna hörmət...
Məhkəmə

İmran Əliyev: “İki ildən çoxdur ki, ailə üzvlərimin bank əməliyyatlarına məhdudiyyət qoyulub”

9 İyul 2026

Sosial media

İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meclisinfo işi"  üzrə növbəti iclas keçirilib. "Abzas Media"nın xəbərinə görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən "Meclis.info" saytının rəhbəri İmran Əliyev, polis nəzarətində olan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər. İlasda əvvəlcə məhkəmə heyətində dəyişiklik olduğu elan edilib. Bildirilib ki, hakim Elnur Nuriyev Zaur Hacızadə ilə əvəzlənib. Roman Ələkbərli məhkəmə heyəti yenidən formalaşdırıldığı üçün cinayət işi üzrə məhkəmə istintaqının da yenilənməli olduğunu deyib. Müdafiə tərəfi işə yenidən baxılmasına etiraz etməyib. Bundan sonra bu vaxtadək keçirilmiş prosessual hərəkətlər elan olunub. Müdafiə tərəfi həmin hərəkətlərin baxılmış hesab edilməsini məhkəmə heyətindən xahiş edib....

Seçilmiş Videolar

Toplum TV loqo