Sosial media
"Nizami" kinoteatrının divarındakı qraffitilərlə bağlı cinayət işi çərçivəsində həbs olunmuş Ardeşir Seypfur Saad Abadinin şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Yaxınlarının yaydığı məlumata görə, iyulun 8-də Nəsimi Rayon Məhkəməsində Abadinin barəsindəki həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.
Müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəsə də, məhkəmə vəsatəti təmin etməyib.
“Bu qərar bizi dərindən məyus etdi. Biz hesab edirik ki, 19 yaşlı bir tələbənin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması xahişinə baxmayaraq, müvəqqəti həbsin davam etdirilməsi nə mütənasiblik prinsipinə, nə də humanist yanaşmaya uyğundur. Biz hüquqi mübarizəmizi səbr, ardıcıllıq və qanuna hörmət çərçivəsində davam etdirəcəyik. Eyni zamanda, bu qərarla bağlı dərin narahatlığımızı ifadə etməyi öz haqqımız hesab edirik”, - yaxınları bildirib.
Belarus vətəndaşı olan 20 yaşlı Abadi barəsində aprelin əvvəlində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun "Nizami" kinoteatrının divarını qraffiti çəkməklə vandalizmə məruz qoyduğu iddia olunur.
Gənc özü isə daha öncə yaxınları vasitəsilə ictimaiyyətə bildirib ki, kinoteatrdakı yazıların ona aiddiyəti yoxdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’
Toplum TV
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Ramil Babayev sivil itaətsizliyə başlayıb
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib