Məhkəmə

Özünü təqsirli bilirsən? - İlkin Əmrahov yazır

1 İyul, 2025
147

Foto: sosial media

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı, “Toplum TV işi” üzrə həbsdə olan  İlkin Əmrahov istintaq təcridxanasından yazır.
 
Növbəti “məhkəmə” prosesində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyev qondarma cinayət işi üzrə özümü təqsirli bilib - bilməməyimi soruşacaq.
 
Bəli, mən özümü ondan ötrü təqsirli bilirəm ki, uşaq yaşlarından ailədə insanlara ləyaqət və hörmət göstərməyi əsas tutan tərbiyə ilə böyümüşəm.
 
Təqsirim var, çünki, kitaba, elmə maraq göstərmişəm. Siyasi idarəetmə fakültəsində ali təhsil almışam. İnsan hüquqlarına söykənən, insana ən ali dəyəri verən demokratik - hüquqi dövlət anlayışı haqqında müəyyən qədər fikirlərim formalaşıb.
 
Təqsirkaram, özümü inkişaf etdirmək, bilik və bacarıqlarımı artırmaq istəmişəm. Cəmiyyətə lazımlı şəxs olmaq, insanlara faydam toxunsun istəmişəm. Ölkəmizdə baş verən siyasi - ictimai hadisələr haqqında, tariximizin inkişaf mərhələləri barəsində oxuyarkən, düşünərkən vicdanımın səsinə qulaq asmışam. Ağı qaradan seçməyə, yaxşını pisdən ayırmağa çalışmışam. Yalnız düşünməklə kifayətlənməyib, özümdə daxil olmaqla insanların taleyinə biganə qalmamaq üçün iştirakçılığa can atmışam.
 
Son nəfəsini verən vətəndaş cəmiyyətinə bir damcı su qədər olsa belə töhfə verməyə, yeni təşəbbüslərə dəstək verməyə cəhd etmişəm.
 
Qısa müddət ərzində fəaliyyət göstərdiyim İDİ, bir neçə vətəndaş cəmiyyəti qurumu və Toplum TV, Abzas Media, Meydan TV kimi müstəqil media platformaları saxta “Milli maraqlar” konsepsiyasına “xələl” gətiriblər. İdarəedənlərlə idarəolunanlar arasında olan dərin uçuruma körpü salmaq istəyiblər.
 
Hökümət mediasının dili ilə desək, bu anti-milli ünsürlər əhalinin problemlərini işıqlandırıblar, acı reallığı əks etdirən hesabatlar hazırlayıblar. O cümlədən, dövlətin inkişafının əsas, hərəkətverici sahələri üzrə məsul olan vəzifəli şəxslərin zaman-zaman görməzdən gəldikləri və ya inkar etdikləri problemlərin həllinə dair fikirlər səsləndirib, təkliflər veriblər.
 
Nəticədə ölkəmizin mövcud siyasi sisteminin kökündən yarıtmaz olduğunu, əhalinin rifah və güzəranını yaxşılaşdırmadığını, bəlli bir çevrəyə xidmət etdiyini aydın şəkildə göstərib, insanları düşünməyə vadar ediblər.
 
Mənim də bu işdə zərrə qədər payım var, təqsirkaram.
 
Bu gün Azərbaycanda əhalinin əksər hissəsi bir qarın çörək üçün işləyib öz minimum ehtiyaclarını qarşılaya bilmirsə, valideynlər övladlarının yanında pərişan hala düşürsə, insanlar qərarvericilik prosesindən kənarda qalıbsa, bir sözlə, Azərbaycan vətəndaşı öz həyatını ləyaqətlə yaşaya bilmirsə, mən də, sən də, o da təqsirlidir.
 
Hüquq-mühafizə orqanlarının əhalinin təhlükəsizliyini qorumaq, insan hüquqlarının pozulmasının qarşısını almaq əvəzinə cinayətkar - mütəşəkkil dəstə kimi fəaliyyət göstərməsində hamılıqla təqsirkarıq.
 
Hüquq - məhkəmə sistemi ədaləti təmir etmirsə, məhkəmələrimiz açıq bazara dönübsə, hakim qərarlarını pulla alıb - satırıqsa, biz cəmiyyət olaraq təqsirkarıq.
 
Hökumət rəsmilərinin tez-tez, qürurla dedikləri “daxili sabitlik inkişafımızın təməlində dayanır” mifinin altında insanların söz və ifadə azadlığının boğulması, sərbəst toplaşma, təşkilatlanma azadlıqlarının qarşısının alınması, kollektiv keyləşdirmə, durğunluq və köləlik psixologiyası yatır.
 
İnsanlarımız “zəncirlənib”, buxovlanıb sürünərək həyatda qalmağa çalışırlarsa, təqsirkaram, təqsirkarıq.
 
Şərqin ilk demokratik cümhuriyyəti Azərbaycanımızın adı avtoritar-totalitar dövlətlərin siyahısında yer aldığı üçün hər bir azərbaycanlı kimi mən də təqsirkaram.
 
Özümü təqsirli bilmək üçün daha çox səbəblər var. Çünki vətənimizin taleyi və gələcəyi məni maraqlandırır, narahat edir və qayğılandırır.
 
Bu yazını Kürdəxanı İstintaq Təcridxanasında xalq mahnısının sədaları altında yazdım: Qəbahətim böyükdür, ay ellər......


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

İmran Əliyevin işində şahidlər dindirilməyə başlanıb 

1 İyul 2025

Foto: sosial media

İyulun 1-də “Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyev, polis nəzarətinə verilən ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsi başlayıb.  İfadə verən Elçin Hüseynzadə adlı şəxs bildirib ki, ibtidadi istintaqda 1 il əvvəl dindirilib və həmin vaxt dediyi heç nəyi xatırlamır. Növbəti məhkəmə prosesi iyulun 15-nə təyin edilib. Proses şahid ifadələri ilə davam edəcək. İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü ilin aprelində saxlanılıb.   Sayt rəhbəri saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona...
Məhkəmə

Vəkil: Hacı Vəliyevə karserdə işgəncə verilib

1 İyul 2025

Foto: sosial media

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı və"Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin cərimə kamerasında (karser) işgəncəyə məruz qaldığı bildirilir.  Bu barədə iyunun 30-da onun vəkili Aqil Layıc xəbər verib.  Layıc bildirib ki, Vəliyev iyunun 23-27-i tarixlərində karserdə saxlanılıb. Buna səbəb isə onun Bakı İstintaq Təcridxanasının rəisinin ondan daxil intizam qaydalarını pozduğu haqda sənədə imza atmasını istəməsi olub. Vəliyev sənədə imza atmaqdan imtina edib.  Fəal vəkilinə deyib ki, karserdə ona Tural adlı gizir fiziki zorakılıq göstərib. Layıc qeyd edib ki, Vəliyevin başında iki sıyrıq izi var və fəalın dediyinə görə, onlar işgəncə zamanı başı kafelə dəyərkən əmələ gəlib.  Vəkil,...

Seçilmiş Videolar

Toplum TV loqo