Türkiyədə Məhəmməd peyğəmbəri təsvir etdiyi iddia edilən jurnala cinayət işi açılıb
Foto: AFP
Türkiyədə Məhəmməd peyğəmbəri təsvir etdiyi iddia olunan “LeMan” karikatura jurnalı haqqında cinayət işi açılıb.
Cinayət işi çərçivəsində jurnalın təsisçisi, yazı işləri müdiri, dizayneri və müəssisənin müdiri saxlanılıblar. Jurnalın baş redaktoru Tuncay Akgün isə ölkə xaricində olduğundan haqqında qiyabi həbs qərarı verilib.
Daxili işlər naziri Əli Yerlikaya “X” hesabında verdiyi açıqlamada "peyğəmbərimizə (s.ə.s.) karikatura çəkərək nifaq salmağa çalışanları bir daha qınadığını" deyib.
Jurnalın sözügedən karikaturası iyunun 26-da dərc olunub. Karikaturada İsrailin Qəzza zolağını bombalaması fonunda Məhəmməd adlı bir müsəlman və Musa adlı bir yəhudinin salamlaşması təsvir olunur.
Jurnal verdiyi açıqlamada peyğəmbərin təsvir olunmasını inkar edib.
“Dünyada 200 milyon insanın daşıdığı Məhəmməd, Mehmet, Mamadu kimi adlar peyğəmbərimizin adını yaşatmaq üçün müsəlmanlar tərəfindən qoyulur. Biz bu həssaslığı bilirik və başa düşürük. Bizim karikaturamızda peyğəmbərin təsviri yoxdur. Bunu təhrif etmək üçün pis niyyətli olmaq lazımdır. Biz üzərimizə atılan ləkəni qəbul etmirik”, - açıqlamada deyilir.
Karikaturanın sosial mediada rezonans doğurmasının ardınca xeyli etirazçı jurnalın redaksiyasının yerləşdiyi binaya hücum edib, içəri daxil olmağa çalışıb.
Onlar “Yaşasın şəriət” şüarı səsləndirib və bina önündə namaz qılıblar. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto/kollaj: Toplum TV
Foto: Reuters
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb