Region

Rusiya Azərbaycana nota verib 

1 İyul, 2025
693

Foto: report.az

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və Bakının “qeyri-dost hərəkətinə görə” etiraz edilib. 

Bu barədə Rusiya XİN məlumat yayıb. 

Məlumatda bildirilir ki, Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin tərəfindən qəbul olunub. 

Notada Rusiya tərəfi ötən gün Bakıda saxlanılan “Sputnik Azərbaycan”ın rusiyalı əməkdaşları İqor Kartavıx və Yevgeni Belusovun həbsdən azad edilməsinin zəruriliyini qeyd edib. 

“Son günlərdə Yekaterinburqda Azərbaycan əsilli Rusiya vətəndaşlarının saxlanılması ilə bağlı vəziyyətə gəlincə, Rusiya hüquq-mühafizə orqanları tərəfindən əvvəlki illərdə Rusiya ərazisində, o cümlədən Azərbaycan vətəndaşlarına qarşı törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya qanunvericiliyinə uyğun olaraq istintaq hərəkətlərinin aparıldığı vurğulanıb”, - Rusiya XİN bəyanatda qeyd edib. 

Azərbaycan XİN notaya hələ ki cavab verməyib. 

İyunun 30-da Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan” saytının əməkdaşları haqqında cinayət işi açıb. 

Məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, ümumilikdə isə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 

Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra başlayıb.
Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib. 
İyunun 27-də Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində iki azərbaycanlı öldürülməsi ilə gərginlik pik həddə çatıb. Əməliyyat çərçivəsində ümumilikdə doqquz azərbaycanlının saxlanıldığı və 10-dan çox mənzildə axtarış aparıldığı bildirilir. 
İyunun 28-də Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Volokovıx hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və ona “kəskin etiraz” bildirilib.
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonunda Azərbaycana nəzərdə tutulan səfəri, habelə Rusiya xətti ilə Azərbaycanda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Hacıyevin Ermənistan səfərini sülh gündəliyi üçün mühüm addım adlandırıb

19 İyun 2026

Nikol Paşinyanın sosial media hesabından

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ölkəsinə səfərini sülh prosesində dinamikanın qorunması baxımından mühüm hadisə kimi qiymətləndirib. Baş nazir bu barədə iyunun 18-də keçirilən brifinqdə çıxışı zamanı danışıb. Paşinyan bildirib ki, o, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana Hacıyevlə görüşün zəruriliyini müzakirə etməyi tapşırıb. “Biz həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək müəyyən tendensiyalar müşahidə etdik. Məsuliyyətimizdən irəli gələrək bu risklərin idarə olunması ilə məşğuluq”, - Paşinyan deyib. Hikmət Hacıyev iyunun 14-də Ermənistanın şimalındakı Dilican şəhərində Armen Qriqoryanla görüşüb. Bu, Hacıyevin Ermənistana ilk işgüzar səfəri olub. Eyni zamanda, 2025-ci ilin avqustunda tərəflərin...
Region

Ermənistanda MSK müxalif namizədlərin həbsinə razılıq verib

18 İyun 2026

Sosial media

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkənin sabiq prezidenti, "Ermənistan" alyansının lideri Robert Koçaryana qarşı ittiham irəli sürülməsinə rəsmi razılıq verib. “Azadlıq Radiosu”nun Ermənistan xidmətinin verdiyi məlumata görə, qərar "Ermənistan" alyansının üzvləri Asatur Koçaryan və Ruslan Barseqyan, eləcə də "Güclü Ermənistan" blokunun üzvləri David Kazinyan və Aşot Yeqiazaryana da aiddir. Komissiya bir neçə gündür ki, prokurorluğun müxalif siyasətçilərlə bağlı vəsatətlərini nəzərdən keçirir.  Bildirilir ki, Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur. Vəkili Aram Orbelyanın sözlərinə görə, işlərdən biri 2004-cü ildə "Master-Class" tennis kortunun sahibi olan şirkətlə torpaq sahəsinin icarəsinə dair bağlanmış müqavilə ilə bağlıdır. Vəkil bildirib ki, Koçaryanın...

Seçilmiş Videolar

Toplum TV loqo