Məhkəmə

İmran Əliyevin işində şahidlər dindirilməyə başlanıb 

1 İyul, 2025
73

Foto: sosial media

İyulun 1-də “Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyev, polis nəzarətinə verilən ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsi başlayıb. 

İfadə verən Elçin Hüseynzadə adlı şəxs bildirib ki, ibtidadi istintaqda 1 il əvvəl dindirilib və həmin vaxt dediyi heç nəyi xatırlamır.

Növbəti məhkəmə prosesi iyulun 15-nə təyin edilib. Proses şahid ifadələri ilə davam edəcək.

İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü ilin aprelində saxlanılıb.  

Sayt rəhbəri saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona zorla sənəd imzalatdıqlarını bildirib.

“Meclis.info” işində digər təqsirləndirilən şəxs fəal Elgiz Qəhrəman isə polis nəzarətinə verilib.

Onlara qarşı ümumilikdə Cinayət Məcəlləsinin 8 maddəsiylə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə 28 gündür aclıq edən Hacı Vəliyevi ev dustaqlığına buraxmayıb

18 İyul 2025

Foto: sosial media

İyulun 18-də Xətai Rayon Məhkəməsində ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə verilmiş vəsatətə baxılıb.  Vəliyevin yaxınlarının yaydığı xəbərə görə, məhkəmə vəsatəti təmin etməyib. Məlumatda ailəsi və yaxınlarının 28 gündür aclıq edən Vəliyevin səhhətindən ciddi şəkildə narahat olduqları qeyd olunub.  Onların sözlərinə görə, artıq uzun müddətdir aclıq aksiyası keçirən qazinin səhhəti sürətlə pisləşir. “Aidiyyatı qurumlar məsuliyyətli davranmalı, Qazi Hacı Vəliyevin həyat və sağlamlığına laqeyd yanaşmamalıdır”, - bəyanatda qeyd olunub.  Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyin, habelə qalan gözünü itirmək...
Məhkəmə

Bəşir Süleymanlı Ombudsman və Məhkəmə Hüquq Şurasına şikayət edəcək

18 İyul 2025

Foto: açıq mənbə

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbsdə üzləşdiyi çətinliklərlə bağlı yaxınları vasitəsilə açıqlama yayıb.  O, həm hüquqlarının məhdudlaşdırıldığını, həm də saxlanma şəraitinin qeyri-insani olduğunu bildirib. Bəşir Süleymanlı iyulun 16-da Bakı Apellyasiya Məhkəməsində həbs müddətinin uzadılması ilə bağlı keçirilən iclasda hakimin davranışlarından narazı qaldığını bildirib. Onun sözlərinə görə, hakim Emin Əliyev proses boyunca aqressiv davranıb: “Hakim aqressiv davranaraq bir neçə dəfə sözümü kəsdi və çıxışıma imkan vermədi. Bu ifadə azadlığımın və özünü müdafiə etmək hüququmun kobud şəkildə pozulmasıdır.” Bəşir Süleymanlı bu səbəbdən Məhkəmə Hüquq Şurasına və Ombudsman Aparatına rəsmi şikayət ünvanlayacağını bildirib. Hüquq müdafiəçisi eyni zamanda məhkəmə zallarında məhkumların saxlanıldığı yerlərdə...

Seçilmiş Videolar

Toplum TV loqo