Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri sərbəst buraxılıb - YENİLƏNİB
Foto: 1news.az
Şahin Şıxlinski şahid qismində dindirildikdən sonra sərbəst buraxılıb.
***
İyulun 1-də Yekaterinburqda "Azərbaycan-Ural" təşkilatının rəhbəri Şahin Şıxlinski saxlanılıb.
Bu haqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvali Şıxlinski məlumat yayıb.
O bildirib ki, saxlanmazdan əvvəl onun atasını şüşələri qaralmış avtomobildə adamlar izləyiblər.
Şıxlinski oğlu ilə birlikdə saxlanılıb, sonradan o, buraxılıb. Hələlik Şıxlinskinin nədə ittiham olunduğu məlum deyil.
Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra başlayıb.
Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib.
İyunun 27-də Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində iki azərbaycanlı öldürülməsi ilə gərginlik pik həddə çatıb.
Əməliyyat çərçivəsində ümumilikdə doqquz azərbaycanlının saxlanıldığı və 10-dan çox mənzildə axtarış aparıldığı bildirilir.
İyunun 28-də Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Volokovıx hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və ona “kəskin etiraz” bildirilib.
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonunda Azərbaycana nəzərdə tutulan səfəri, habelə Rusiya xətti ilə Azərbaycanda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv olunub.
İyulun 1-də isə Rusiya Bakıda saxlanılan rusiyalı jurnalistlərə görə, Azərbaycan isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə nota təqdim ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya mədəniyyəti tədbirləri ləğv edilib
Foto: Açıq mənbə
Foto: Toplum TV
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb