sosial media
"Nizami" kinoteatrının divarındakı qraffitilərə görə həbs olunmuş Ardeşir Seypfur Saad Abadinin işi üzrə məhkəmə prosesi keçirilib.
Yaxınlarının yaydığı məlumata görə, iyulun 31-də Nəsimi Rayon Məhkəməsində baş tutan prosesdə istintaq orqanının təqdimatına baxılıb.
İstintaq orqanı Abadinin barəsindəki həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılmasını istəyib. Məhkəmə təqdimatı təmin edib.
Müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün vəsatət versə də, məhkəmə bunu təmin etməyib.
"Məhkəmənin qərarına hörmətlə yanaşmağımız qərarın həqiqətən zəruri, mütənasib və ədalətli olub-olmadığını soruşmağımıza mane olur", - yaxınları sosial mediada qeyd edib.
Belarus vətəndaşı olan 20 yaşlı Abadi aprelin əvvəlində həbs olunub. Onun "Nizami" kinoteatrının divarını qraffiti çəkməklə vandalizmə məruz qoyduğu iddia olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 246.1-ci maddəsi (mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ziyan vurmaqla) ilə ittiham irəli sürülüb. Təqsirli bilinərsə, vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Gənc özü isə daha öncə yaxınları vasitəsilə ictimaiyyətə bildirib ki, kinoteatrdakı yazıların ona aiddiyəti yoxdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
açıq mənbə
Sosial media
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür
Azər Qasımlının xanımı Samirə Qasımlı da təqsirləndirilən şəxs oldu