Ölkə

Fikrət Cəfərli: “Məqsəd hüquq müdafiəçisi olaraq məni susdurmaqdır” 

9 İyul, 2025
61

Foto: VOA

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərli xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə işdə təqsirləndirilən şəxs qismində tanınıb.

Bu barədə o, iyulun 8-də “Facebook” səhifəsində xəbər verib. 

Hüquq müdafiəçisi bildirib ki, ona qarşı iddianı Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev qaldırıb. 

Binəqədi Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında hakim Zamiq Bağırov E.Əliyevin şikayəti əsasında iddianın icraata götürülməsinə qərar verib. 

Əliyev məhkəmədə Cəfərlinin ona böhtan atdığını və “işgüzar nüfuzuna zərər vurduğunu” iddia edib. O, məhkəmədən Cəfərlinin Cinayət Məcəlləsinin böhtan maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib.

Vəkilin iddiasına görə, Cəfərlinin rəhbərlik etdiyi İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin “Facebook” səhifəsində onun keçmiş müvəkkilinə istinadən yalan məlumat yayılıb. Məlumatda vəkilin hazırda həbsdə olan müvəkkilindən 10 500 manat ödəniş aldığı, buna baxmayaraq söz verdiyi hüquqi müdafiəni etmədiyi və müvəkkilini hədələdiyi yazılıb.

Cəfərli isə deyir ki, sözügedən məlumat onun şəxsi mövqeyi deyil. O, işin icraata götürülməsinin Vəkillər Kollegiyasını tənqid etməsinə cavab olaraq, siyasi sifariş əsasında edildiyini düşünür. 

“Məhkəməyə verilməyimdə məqsəd hüquq müdafiəçisi olaraq məni susdurmaq, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzini isə bağlatdırmaqdır. Xüsusi olaraq vurğulayıram ki, mərkəz insan hüquqları təşkilatı olaraq, əsasən insan hüquq və əsas azadlıqlarının müdafiəsi, hüquqları pozulmuş insanların müdafiəsi, siyasi motivlərlə həbs edilmiş fəalların məhkəmə proseslərinin monitorinqini həyata keçirir”, - o qeyd edib. 

Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

İran səfiri: “Xankəndi Kommünikesi” İranın mövqeyini əks etdirmir 

9 İyul 2025

Foto: Armenia News

İranın Ermənistandakı səfiri Mehdi Sobhani iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşündə qəbul olunan “Xankəndi Kommünikesi” sənədinin ölkəsinin rəsmi mövqeyini əks etdirmədiyini deyib.  O, “Armenpress” xəbər agentliyinə bildirib ki, İran İƏT sədrliyini həyata keçirən Azərbaycana sənədlə bağlı qeyd-şərtlərini yazılı formada təqdim edib.  Səfirin sözlərinə görə, sənəd üzv dövlətlərin yox, yalnız təşkilata sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini özündə əks etdirir.  “İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində qəbul edilmiş bəyanatla bağlı mövqeyimizi ifadə etdiyimiz kimi, bu kommunikenin bəzi müddəalarını, o cümlədən Ermənistan Respublikasına qarşı ərazi iddialarını təlqin edən saxta anlayışları da qəbul etmirik’, - Sobhani deyib.  Onun...
Ölkə

Memar: "Əhalini yer-yurdundan etmək üçün müxtəlif üsullara əl atırlar"

8 İyul 2025

Foto: Əkinçi

Paytaxtın Yasamal rayonunun Bayırşəhər adlanan hissəsində yaşayan ailələrin köçürülməsi davam edir.  Memar və ictimai fəal Abdul Hüseynov iyulun 7-də "Facebook" səhifəsində Bayırşəhərdə, Təzəpir məscidi yaxınlığında yaşayan daha bir ailənin köçdüyünü xəbər verib.  O qeyd edib ki, Əlövsət Quliyev küçəsində yaşamış ailə Xırdalana köçməyə hazırlaşır.  "Onlar Bayırşəhər ərazisini tərk edərək Xırdalana köçməyə məcbur qalırlar. Təbii ki, bu, onların haqqıdır. Lakin son zamanlar gördüyümüz kimi yerli əhalini bu tarixi ərazidən, yerindən-yurdundan etmək üçün müxtəlif üsullara əl atırlar", - Hüseynov deyib.  Sakinlərin Bayırşəhərdən köçməsi ərazidə son aylarda tarixi məhəllələrin sökülməsi fonunda baş verir. Hökumətyönlü media bəzi sakinlərin təklif olunan təzminata razılaşmadığını, buna görə...

Seçilmiş Videolar

Toplum TV loqo