Məhkəmə

"Toplum TV işi": Hakim Azər Tağıyevin prosesdən uzaqlaşdırılması istənib

30 Dekabr, 2025
601

Foto: Toplum TV

Dekabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçən proses ölkədə olmayan şahidlərin onlayn şəkildə dindirilməsi və istintaqa verdikləri ifadələrin oxunması ilə davam edib. 

Ölkə xaricində olduğu üçün məhkəməyə şahid qismində onlayn qoşulan jurnalist Nigar Mübariz 2016-cı ildə Demokratik Təşəbbüslər İnstitutunun gənc jurnalistlər üçün kursuna müraciət etdiyini və burada ödənişsiz şəkildə jurnalistika bacarıqlarına yiyələndiyini vurğulayıb.

“Bunun üçün müəllimim Ələsgər Məmmədliyə və Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanova təşəkkürüm sonsuzdur. 2024-cü ilin mayında ABŞ-yə gələndə hava limanından geri qaytarıldım. Ölkədən çıxışıma qadağa olduğunu söylədilər. O zaman mənə səbəb məlum deyildi. Sonradan “Toplum TV işi” üzrə ifadəyə çağırıldım. İfadə zamanı ancaq şəxsi məlumatlarım, ailəmlə bağlı məlumatlar, 18 yaşından bu yana ölkəyə giriş-çıxışlarım sorğulandı. Bundan sonra yenidən iki dəfə ifadəyə çağırıldım”, - deyə N.Mübariz qeyd edib.

Jurnalist bildirib ki, ABŞ vizası olduğu halda, “əsassız yerə ölkədən çıxış qadağası götürülməyib”.

 “Üçüncü dəfə ifadəmdə müstəntiq mənə sosial mediada olan materiallarım barədə xəbərdar olduğunu, “Amerikanın Səsi”ndə çalışdığımı öyrəndiyini dedi. Bu vaxta qədər məndən bu barədə soruşulmamışdı. Yalnız giriş-çıxışlarım, “Toplum TV”- dəki kurs dönəmim sorğulanmışdı. “Toplum TV” müxbiri olmadığımı biləndən sonra çıxışıma qoyulan qadağa götürüldü”, - o ifadəsini tamamlayıb.

Şahid dindirilməsindən və ilkin ifqadələrin elan olunmasından sonra təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli vəsatət verib. O, prezidentin köməkçisi Hikmət Hacıyevin məhkəməyə çağırılıb dindirilməsini istəyib. R.İzzətli xatırladıb ki, H.Hacıyev COP29-da "Toplum TV" əməkdaşı, hazırda həbsdə olan Fərid İsmayılova açıqlamasında bu iş üzrə həbsdə olanların dövlət əleyhinə fəaliyyət göstərdiklərini iddia edib. Məhkəmə bu vəsatəti də baxılmamış saxlayıb. 

Ardınca F.İsmayılov A.Tağıyevin prosesdən kənarlaşdırılması haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. 

Təqsirləndirilən şəxslərdən "Toplum TV" həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli ötən prosesdə ev dustaqlığına buraxılmaq üçün verdiyi vəsatətə gələn yazılı cavabı məhkəmədə oxuyub. Həmin vəsatətin təmin edilmədiyi qərarda yazılıb ki, dövlət ittihamçısı "xüsusilə ağır cinayət törətmiş" Ə.Məmmədlinin yenidən cinayət törədə biləcəyinə görə ev dustaqlığına buraxılmasını istəmir. 

Ə.Məmmədli ona qarşı yönəlmiş ittihamların heç birinin Cinayət Məcəlləsində "xüsusilə ağır cinayət" kimi qeyd olunmadığını xatırladıb və istənilən halda, bunun təqsirsizlik prezumpsiyasını pozduğunu bildirib. O, dövlət ittihamçısı Rauf Malışova qarşı böhtan iddiası ilə məhkəməyə müraciət edəcəyini deyib. Hakim isə bunun texniki səhv olduğunu deməklə kifayətlənib. 

Növbəti proses 5 yanvar saat 10:00-a təyin olunub.

"Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo