Məhkəmə

Şəmşad Ağa məhkəmədə: “Bu proseslərdə müstəntiq də, prokuror da, hakim də İlham Əliyevdir”

2 Dekabr, 2025
254

Foto: Meydan TV

Jurnalist, “arqument. az” saytının baş redaktoru Şəmşad Ağa həbs müddətinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsində baş tutan son prosesdə çıxış edərək Baş Prokurorluğun təqdimatına münasibət bildirib.

“Meydan TV“-nin məlumatına görə, Ş.Ağa çıxışında deyib ki, prokurorluq və məhkəmə bu prosesdə hansısa səlahiyyətə sahib deyil, çünki davam edən bu ədalətsiz  proses şəxsən İlham Əliyevin nəzarətindədir:

“Sizin İlham Əliyevin nəzarətində olan hansısa bir prosesdə özbaşına qərar vermək səlahiyyətiniz və cəsarətiniz yoxdur. Bu proseslərdə müstəntiq də, prokuror da, hakim də İlham Əliyevdir. Hər kəs bilir ki, “Meydan TV işi”nə görə həbs edilən jurnalistlər  hansısa cinayət əməlinə görə deyil, məhz jurnalist fəaliyyətinə görə həbs ediliblər. Yəni baş verənlər müstəqil mediaya qarşı repressiyaların davamıdır. Sizə də tapşırıq gəlib ki, sanksiyanın müddətini artırasınız. Ona görə də məhkəmə formal xarakter daşıyır, yəni nə sifariş gəlibsə, o da icra olunacaq. İstər bu gün verilən təqdimat, istərsə də bütövlükdə cinayət işi hansısa hüquqi prosedura, fakta əsaslanmır. İndiyə qədər həbsimlə bağlı bircə fakt ortaya qoyulmayıb. Bir sözlə, bu, cinayət işi yox, Məlikməmmədin nağılıdır. Hətta Məlikməmmədin nağılı 31 cildlik cinayət işindən daha ciddi mətndir. Ona görə də vaxtımızı almayın, məhkəmənin sədrinə hansı tapşırıq gəlibsə, o da sizə hansı göstərişi veribsə, icra edin çıxıb gedək!”.

Jurnalistin həbs müddətinin uzadılması ilə bağlı Baş Prokurorluq təqdimat vermişdi.
Məhkəmə prosesində Baş Prokurorun müavini Elçin Məmmədov jurnalistin həbs müddətinin uzadılmasını xahiş edib. 
Məhkəmə prosesində vəkil jurnalistin ailə vəziyyətini, səhhətindəki problemləri əsas gətirərək onun ev dustaqlığına buraxılmasını istəyib, lakin vəsatət təmin olunmayıb. 

Məhkəmənin qərarı ilə Şəmşad Ağanın həbs müddəti 20 gün uzadılıb.

Şəmşad Ağa fevralın 5-də "Meydan TV işi" çərçivəsində həbs olunub.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıqda ittiham olunurlar. Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...
Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...

Seçilmiş Videolar

Toplum TV loqo