Siyasət

Yaxınları: “Fazil Qasımov məhkəməyə aparılmadığı üçün quru aclığa başlayıb”

21 Sentyabr, 2026
59

sosial media

Həbsdə olan iqtisadçı-alim Fazil Qasımov şikayətinə baxılan Nərimanov Rayon Məhkəməsinin iclaslarına aparılmamasına etiraz olaraq sentyabrın 19-da quru aclığa başladığını bildirib.
Bu barədə onun yaxınları “Toplum TV”yə məlumat veriblər.

Qasımov iddia edir ki, ibtidai istintaq zamanı müdafiəsinə qoşulmaq istəyən vəkillərdən imtina ərizəsi onun adından müstəntiq Yusif Yusifov tərəfindən yazılıb və imzası saxtalaşdırılıb. O, bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.

Yaxınlarının sözlərinə görə, şikayət dörd aydır məhkəmənin icraatında olsa da, Qasımov iclaslara aparılmır. O, Penitensiar Xidmətin və konvoy əməkdaşlarının müxtəlif bəhanələrlə məhkəmədə iştirakına qəsdən mane olduğunu bildirir.

Məlumata görə, avqustun 21-də Qasımovun həm apellyasiya, həm də Nərimanov Rayon Məhkəməsinə aparılması nəzərdə tutulub. Lakin konvoy əməkdaşının ikinci iclasa aparılması barədə sənədin üzərindən xətt çəkdiyi və onun həmin məhkəməyə çatdırılmadığı iddia olunur. Sentyabrın 4-də də oxşar halın yaşandığı bildirilir.

Sentyabrın 16-da isə Qasımovun həm Nərimanov, həm də Nəsimi rayon məhkəmələrində iclasları təyin olunub. Yaxınları deyirlər ki, o, şikayətinə baxılan iclasda iştirak etmək üçün Nəsimi Rayon Məhkəməsinə getməkdən imtina edib. İddiaya görə, konvoy əməkdaşı Qasımova zor tətbiq edərək onu avtomobilə mindirib. O, Nəsimi Rayon Məhkəməsinə, oradan isə cəzaçəkmə müəssisəsinə aparılıb.

İmzanın saxtalaşdırılması iddiası ilə bağlı Baş Prokurorluğun hərəkətsizliyindən verilən şikayətə Səbail Rayon Məhkəməsində də baxılıb. Məhkəmə iyulun 30-da şikayəti təmin edərək qurumun hərəkətsizliyini qanunsuz sayıb, sənədin saxtalaşdırılması və müdafiə hüququnun pozulması barədə iddiaların tam və obyektiv araşdırılmasına qərar verib.

İş materiallarına əlavə edilmiş Alternativ Ekspertiza Mərkəzinin 14 aprel 2026-cı il tarixli rəyində ərizədəki mübahisəli imzanın Qasımov tərəfindən deyil, başqa şəxs tərəfindən atıldığı göstərilib.

Qasımov bildirir ki, vəkilləri Eldar Qədimi və Araz Allahverdiyev həmin ərizə əsasında prosesdən kənarlaşdırılıblar. O, müstəntiq Yusif Yusifovun və keçmiş vəkili Anar Qasımlının hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.

İqtisadçı Qubad İbadoğlunun işi üzrə 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov ötən ilin martında 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin saxta pul və ya xarici valyutanı satış məqsədilə hazırlama, əldə etmə və ya satma, həmin əməllərin mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi ilə ittiham olunub.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub. O, saxta pul və ya xarici valyutanı satış məqsədilə hazırlama, əldə etmə və ya satma, habelə dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. İbadoğlu ittihamları rədd edir.
2024-cü ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri polis nəzarəti ilə əvəzlənib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Müşfiq Cabbar üçüncü ildir doğum gününü həbsxanada keçirir

22 Sentyabr 2026

şəxsi arxiv

Sentyabrın 22-si "Toplum TV"nin həbsdə olan redaktoru Müşfiq Cabbarın 40-cı doğum günüdür.  M.Cabbar ardıcıl üçüncü ildir ki, doğum gününü həbsxanada keçirir. O, 2024-cü il martın 6-da "Toplum TV işi" üzrə həbs olunub. Bu il iyulun 27-də iş üzrə oxunan hökmə əsasən, M.Cabbar 13 il müddətinə azadlıqdan məhrum edilib.  Digər təqsirləndirilən şəxslər kimi M.Cabbar da qaçaqmalçılıq daxil olmaqla maliyyə cinayətlərində təqsirli bilinib. Lakin o, bütün ittihamları rədd edib və peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib.  "Biz “Toplum TV” olaraq sadə insanların səsi olmuşuq, hər kəsin problemini işıqlandırmışıq. Bizi həbsə gətirən əsas səbəblər bunlardır. Bu gün yerli TV-lər ara-sıra sosial problemləri efirə...
Siyasət

“Toplum TV işi”: Müdafiə tərəfinin vəsatətləri müzakirəyə çıxarılmadan rədd edilib

21 Sentyabr 2026

Toplum TV

Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə həbs 12-15 il həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılıb. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin verdiyi 8 vəsatətin heç biri müzakirəyə çıxarılmayıb. Müşavirədən qayıdan məhkəmə heyəti vəsatətlərin rədd edildiyini elan edib. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli məhkəmə zalında mikrofonun işləməməsinə etiraz edib və səhhətindəki problemləri xatırladıb: “Mikrofon işləmədiyinə görə ucadan danışmağa məcburam, amma səhhətimə görə ucadan danışa bilmirəm. Mən şərlənib həbsə düşəndən bəri dörd növ xroniki xəstəliyə tutulmuşam. Hazırda da bu vəziyyətim davam edir”. Məmmədli 30 illik hüquq fəaliyyəti ərzində belə məhkəmə prosesi görmədiyini deyərək hakimlərə...

Seçilmiş Videolar

Toplum TV loqo