Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr, 2026
9

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq.

Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib.

“Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də hökm Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub.

Məhkum edilənlərin hər biri, həmçinin 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilib.

Məhkəmə onlara qarşı qaldırılmış mülki iddianı da təmin edib. Dövlət ittihamçısının vəsatəti əsasında üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verilib.

“Toplum TV işi” üzrə həbslər 2024-cü il martın 6-da başlayıb. Həmin gün Daxili İşlər Nazirliyi redaksiyanın ofisində və bir neçə başqa ünvanda əməliyyat keçirib.

İlkin mərhələdə 7 nəfər həbs olunub. Fərid İsmayılov və Elmir Abbasov barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İsmayılov 2025-ci ilin yanvarında həbs edilib.

Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb. Onlar ittihamları rədd edir, həbslərini fəaliyyətləri ilə əlaqələndirərək siyasi sifariş sayırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo