Axios: “Tramp yenə Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı istəyib”
sosial media
ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığında Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı dəfələrlə istəyib.
Bu barədə “Axios” portalı danışıqdan məlumatlı mənbəyə istinadən xəbər verib.
Məlumata görə, Tramp istəyini bu hücumların dünya bazarında dizel yanacağının qiymətini artırması ilə əsaslandırıb.
“Danışıq zamanı ‘dizel’ sözü dəfələrlə səsləndi”, - mənbə bildirib.
Zelenski sentyabrın 20-si axşam baş tutan telefon danışığı barədə açıqlamasında Trampla Nyu-Yorkda görüşmək barədə razılığa gəldiklərini deyib. Lakin onun neft emalı zavodlarına zərbələri dayandırmaq istəyinə cavabı barədə məlumat verilməyib.
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov “Axios”a bildirib ki, görüşün sentyabrın 22-də, Trampın BMT Baş Assambleyasında çıxış edəcəyi gün keçirilməsi gözlənilir.
Zelenski telefon danışığı zamanı Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” kimi tanınan qanunu imzaladığına görə Trampa təşəkkür edib.
Tramp daha əvvəl də Ukraynanı Rusiyanın dizel yanacağı istehsal edən müəssisələrinə hücumları dayandırmağa çağırmışdı. O, belə zərbələrin yanacaq çatışmazlığına və qiymət artımına səbəb olduğunu bildirmişdi.
Sentyabrın 14-ü axşam isə ABŞ prezidenti Rusiya və Ukraynanın bir-birinin enerji infrastrukturuna zərbə endirməmək barədə razılığa gəldiyini açıqlamışdı. Lakin bu bəyanatdan cəmi bir neçə saat sonra tərəflər qarşılıqlı hücumları davam etdiriblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
rbc
Avropa İttifaqı raket və dron alınması üçün Ukraynaya 3,3 milyard avro ayırıb
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”