Məhkəmə

Şəmşad Ağanın bacısı vəfat edib 

24 Fevral, 2026
198

Foto: sosial media

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, "Arqument. az" saytının baş redaktoru Şəmşad Ağanın bacısı Zəminə Ağayeva vəfat edib.

Yaxınlarının "Meydan TV"-yə verdiyi məlumata görə, jurnalistin bacısı fevralın 23-ü axşam saatlarında Rusiyada vəfat edib.

Onlar bildirib ki, cənazə fevralın 24-də Rusiyadan Azərbaycana gətiriləcək.

53 yaşlı Z.Ağayeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Bacısının vəfatı ilə əlaqədar vəkilləri Ş.Ağanın yas mərasimində iştirakının təmin olunması üçün məhkəməyə vəsatət verəcək.

Bu, son beş ayda Ş.Ağanın ailəsində baş verən üçüncü itkidir. 

2025-ci ilin oktyabrın 12-də jurnalistin 18 yaşlı qardaşı qızı Səma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi. Həmin vaxt jurnalistin yas yerinə getməsi üçün həbsdən buraxılması ilə bağlı verilmiş vəsatətini Xətai Rayon Məhkəməsi təmin etməmişdi.

Yanvarın 28-də isə jurnalistin anası Zərifə Ağayeva vəfat edib. Bu dəfə yas mərasimində iştirak edə bilməsi üçün Ş.Ağa məhkəmə qərarı ilə 3 günlük azadlığa buraxılmışdı.

Şəmşad Ağa 2025-ci il fevralın 5-də "Meydan TV işi" üzrə həbs olunub.

Bu iş üzrə ümumilikdə 12 nəfər həbs olunub və qaçaqmalçılıq da daxil olmaqla bir neçə cinayət əməlində təqsirləndirilir. 

Həbs olunan jurnalistlər isə özlərini təqsirli bilmir və peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Abgül Süleymanov 30 sutka həbs edilib

24 Sentyabr 2026

VOA

İlahiyyatçı Abgül Süleymanov inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə “Toplum TV”yə  jurnalist Arzu Abdulla məlumat verib. Onun sözlərinə görə, Süleymanov sentyabrın 23-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham olunub. İlahiyyatçının yaxınları da məlumatı “Meydan TV”yə təsdiqləyiblər. “Bu gün səhər Abgül zəng etdi. Dedi ki, dünən Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bu gün də Binəqədiyə aparılıb. İndi vəkil onunla görüşəcək. Maşınının açarı və telefonu əlindən alınıb”, - həyat yoldaşı bildirib. Yaxınları ilahiyyatçının saxlanmasını onun “Facebook”da hicabla bağlı paylaşımı ilə əlaqələndirirlər. Süleymanov həmin paylaşımda yazıb: “Əgər cürət edib məktəbli...
Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...

Seçilmiş Videolar

Toplum TV loqo