Məhkəmə

Psixiatriya xəstəxanasında saxlanılan bələdiyyə sədrinin müavini: “Bunları yaşamaq çox ağır idi…” 

25 Noyabr, 2024
14

Meydan TV

Qazax rayon Ağköynək-Qarapapaq kənd Bələdiyyəsinin sədr müavini Arzuman Xasməmmədli iki həftə Qazaxdakı Rayonlararası Psixiatriya Xəstəxanasında saxlandıqdan sonra evinə buraxılıb.

Bələdiyyə sədrinin müasvini Meydan TV-yə müsahibəsində psixiatriya xəstəxanasında ona ağır dərmanlar vermək istədiklərini, amma qəbul etmədiyini bildirib: “Dedim, bu yaşımda, mənə lazım olmayan dərmanları niyə içməliyəm? Bu, mənə təhqirdir. Bunları yaşamaq çox ağır idi. Deyirdim ki, ay ana, ay bacı, əgər dəliyəmsə, göndərin məni Maştağaya, gedim komissiyadan keçim, niyə eləmirsiniz?”

65 yaşlı A.Xasməmmədli konkret sifariş əsasında psixiatriya xəstəxanasına yerləşdirildiyini bildirir. Onun sözlərinə görə, bu hadisədən əvvəl bələdiyyə sədri Nəzakət Mansurova psixiatriya xəstəxanasına onunla bağlı müraciət edərək, şəxsi məlumatlarını istəyib. Baş həkim əvəzi Nahidə Osmanova da yazılı şəkildə arayış verib: “Arayış alınıb ki, bu xəstəxanada stasionar müalicə alıb, diaqnozu budur. Birincisi, harada qaldı “həkim sirri” anlayışı? Nə ixtiyarla başqası haqqında məlumatlar kiməsə verilir? Bunların Hippokrat andına sadiqlik anlayışı budur? İkincisi, niyə mənim haqqımda məlumat toplanırdı? Sonra da bələdiyyə sədrinin qızı “Whatsapp” statusunda həmin arayışın şəklini paylaşıb, bələdiyyə sədrinin müavininin dəli olduğunu yazıb. Bu da sübut edir ki, mənim psixiatriya xəstəxanasına salınmağım əvvəldən planlaşdırılıb”.

A.Xasməmmədli psixi xəstə olmadığını,  sadəcə, yeniyetmə vaxtlarından epilepsiyadan əziyyət çəkdiyini bildirib. 

“Mən xəstəxanada pensiya ilə əlaqədar yatmışam. XXI əsrdir, həkimdirlər, amma bunlara söz başa salmaq olmur. Əslində, başa düşürlər, sadəcə, sərf eləmir, ona görə başqa cür danışırlar. Psixi xəstə futbol komandasının təşkilatçı rəhbəri, məşqçisi, müharibədə könüllü özünümüdafiə dəstəsinin rəhbəri olar?! Psixi xəstə bir il icra nümayəndəsi, 4 il Heydər Əliyev Mərkəzində inzibatçı işləyər? Psixi xəstə bələdiyyə sədrinin müavini vəzifəsində necə işləyə bilərdi?”, - bələdiyyə sədrinin müavini deyir.

Arzuman Xasməmmədlinin söylədiyinə görə, bələdiyyə sədri onun məcburi müalicəyə ehtiyacı olması barədə arayış tərtib edərək kənd icra nümayəndəsi vasitəsilə ona göndərib. O iddia edir ki, icra nümayəndəsi arayışı verərək bir gün ərzində könüllü şəkildə psixiatriya xəstəxanasına getməsə, məcburi qaydada aparılacağını bildirib. Ertəsi gün – noyabrın 7-də Qazax Rayon Polis Şöbəsindən ona zəng gəlib.

Arzuman Xasməmmədli deyir ki, öncə onu polis şöbəsinə, oradan xəstəxanaya, sonra isə Qazax Rayon Məhkəməsinə aparıblar. Məhkəmədə onun məcburi şəkildə psixiatriya xəstəxanasına yerləşdirilməsi haqda baş həkimin ərizəsinə baxılıb. Nahidə Osmanova onun ətrafdakılar üçün ciddi təhlükə və böyük problemlər yaradda biləcəyini iddia edərək, məcburi xəstəxanaya yerləşdirilməsini istəyib.

Məhkəmədə o da məlum olub ki, bir gün əvvəl – noyabrın 6-da Qazax Rayon İcra Hakimiyyətindən psixiatriya xəstəxanasına məktub göndərilib. Orada iddia edilib ki, Ağköynək kəndinin sakinləri icra hakimiyyətinə şikayət edib, özlərinin, uşaqlarının Arzuman Xasməmmədlinin hərəkətlərindən qorxduqlarını bildirib və onun haqqında tədbir görülməsini istəyib.

Məhkəmə qərarında göstərilib ki, Arzuman Xasməmmədli uzun müddətdir “Epilepsiya, tez-tez tutmalar, şəxsiyyət dəyişkənliyi” diaqnozu ilə stasionar müalicədə olunub.

Amma bələdiyyə sədrinin müavini hesab edir ki, o, Qazax rayonunda baş verənləri açıq şəkildə dilə gətirdiyinə, çatışmazlıqları icra başçısı Rəcəb Babaşovun birbaşa özünə dediyinə görə cəzalandırılıb.

Arzuman Xasməmmədlinin həbsindən az əvvəl “Qərb Region TV” adlı Youtube kanalına danışan Qarapapaq kənd sakinləri deyiblər ki, kənddə qəbiristanlıq ətrafında, örüş torpaqlarında yaranan zibil poliqonunda otarılan mal-qara zəhərlənib tələf olur, küləkdə zibillər qəbiristanlığa yayılır.

Kənd sakinlərinin şikayətlərinə münasibət bildirən bələdiyyənin sədr müavini Arzuman Xasməmmədli onların haqlı olduğunu vurğulayıb, sadalanan problemləri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun nəzərinə çatdırmağa çalışdığını qeyd edib, amma əvəzində icra başçısı onun özünü hədələyib.

Arzuman Xasməmmədlinin həyat yoldaşı Zahidə Xasməmmədova isə Meydan TV-yə deyib ki, baş verənləri ictimailəşdirəndən sonra icra başçısı onu və həkim olan baldızını yanına çağırtdırıb: “ Rəcəb Babaşov bizi əvvəl mədəni şəkildə qəbul elədi. Sonra baldızımı qaldırdı, qayıtdı ki, “həkim, siz bilirsinizmi, qardaşınız müxalifətçidir?” O da dedi ki, xeyr. Ardınca dedi ki, “qardaşınız müxalifətçi olduğu halda, siz hələ də xəstəxanada işləyirsiniz, halbuki, mən istəsəm, çox şey eləyə bilərdim”. Baldızım da cavab verdi ki, “çox sağ olun, çox sağ olun, siz heç nə eləməmisiniz”. Mən güldüm. Qayıtdı ki, yoldaşın da belə güldüyünə görə dəlixanadadır. Birincisi, qardaşa görə bacını hədələmək nə deməkdir? İkincisi, bizi buna görə çağırmışdı? Bu davranışın özü rayondakı vəziyyətdən xəbər verir”.

Arzuman Xasməmmədli başına gələnlərlə bağlı məhkəməyə şikayət etmək niyyətindədir.

Qazax Rayon İcra Hakimiyyəti Meydan TV-nin iddialarla bağlı suallarını cavablandırmayıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

9 milyon manatlıq mənimsəmə iddiası, 12 illik həbs – TÜRKİYƏLİ İŞ ADAMINA HÖKM OXUNUB 

25 Noyabr 2024

bizim.media

Bakı Ağır Cinayətlər Məhkəməsində bir ildən çoxdur məhkəməsi keçirilən türkiyəli iş adamı Mehmet Şahana hökm oxunub. O, THALES İnternational Western Counties B.V şirkətinin büdcəsindən 9 milyon manat civarında pul vəsaitini talamaqda təqsirləndirilirdi.  Mehmet Şahan THALES Şirkətlər Qrupunun Azərbaycan üzrə direktoru olub. Bu ilin fevralında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı maddələri ilə ittihamlar irəli sürülüb.  Məhkəmənin gəldiyi qənaətə görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyəti üçün ayrılmış 9 milyon manata yaxın pulu nümayəndəliyin bank hesabından həm nağd, həm də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə edib....
Məhkəmə

Hikmət Hacıyev təqsirsizlik prezumpsiyasını pozub - Fakt Yoxla araşdırıb

22 Noyabr 2024

Ordu.az

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev COP29 konfransının açılış tədbirində həbsdə olan media nümayəndələri ilə bağlı suala cavab verərkən bildirib ki, “Sizin dediyiniz şəxslərlə əlaqədar mən konkret rəqəmləri də deyə bilərəm. Burda böyük məbləğdə qanunsuz maliyə dövriyyəsindən söhbət gedir. …. Özlərini media orqanları adlandıran təsisatlar belə qanunsuz maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarını pozduqlarını dərk etmirlər zatən?” “Fakt Yoxla” Prezidentin köməkçisinin açıqlaması ilə həbsdə olan jurnalistlərin təqsirsizlik prezumpsiyası hüququnu pozub-pozmadığını yoxlayıb. Təqsirsizlik prezumpsiyası hüququ barəsində cinayət mühakimə icraatı və ya inzibati xəta haqqında icraat aparılan şəxslərin təqsirliliyi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübut olunmayanadək təqsirsiz hesab edilməsini tələb edir. ...

Seçilmiş Videolar

Toplum TV loqo