Məhkəmə

“Mən yalnız qol çəkmişəm, pul görməmişəm” - 42 milyon manatı mənimsəməkdə təqsirləndirilən keçmiş hərbçinin məhkəməsində  

16 Yanvar, 2025
41

unikal.az

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin keçmiş baş zabiti, bir günlük şirkət açaraq “Ata Bank”dan 42 milyon manat kredit götürüb mənimsəməkdə ittiham olunan Zahid Niftəliyevin məhkəməsi davam edir. 

Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilir. 

Hazırda şahid ifadələri dinlənilir. 

“Ata Bank”ın keçmiş əməkdaşı Solmaz Əliyeva ifadəsində Zahid Niftəliyevi 2-3 dəfə bankda gördüyünü bildirib: 

“Mən 2004-cü ildən “Ata Bank”da çalışmışam. Hüquqi şəxslər bankda mədaxil və məxaric üçün əməliyyatçıya yaxınlaşır, sonra sənədlər mənə yönləndirilir. Mən sənədlərin dəqiqliyini yoxlayıram, imzalayıb kassaya göndərirəm. Müştəri kassaya yaxınlaşaraq vəsaiti nağdlaşdırır. Elə Zahid Niftəliyevi də bir dəfə kassada, bir neçə dəfə də bankda görmüşəm”.

Təqsirləndirilən Zahid Niftəliyevsə bankda cəmi bir dəfə olduğunu, yalnız sənəd imzaladığını deyib: 

“Məni kassanın qarşısında görə bilməz, çünki mən pul götürməmişəm, yalnız sənəd imzalamışam”

Hakim şahidin ibtidai istintaqa verdiyi ifadələri elan edib. Həmin ifadələrdə şahid qeyd edib ki, Zahid Niftəliyev müxtəlif vaxtlarda şirkətin hesabına 21.279.000, 6,663.288, 39.733.891 dollar vəsait mədaxil edib. Eyni zamanda, 16.847.000 dollar digər şirkətə köçürülüb. Daha sonra 7.350.000 dollar məxaric olunub. Şahid müxtəlif vaxtlarda 625.000 və 683.000 dollar məbləğində kredit ödənişinin həyata keçirildiyini də ibtidai istintaqa verdiyi ifadəsində qeyd edib. 

Zahid Nurəliyev məhkəməyə banka pul ödəmədiyini bildirib. 

Sonra məhkəmə “Ata Bank”ın kredit təşkilatında çalışmış Rüfət Daşdəmirovu dindirib. Şahid müştərilərlə ünsiyyətdə olmadığını, yalnız ona ötürülən müraciətlərə əsasən əməliyyat apardığını bildirib: 

““Şahin Co” şirkəti tərəfindən filiala müraciət daxil olub. Filial müraciətə baxıb, bizə göndərib və kredit ayırmışıq. Orada qərarı mən vermirəm. Mən müştəri ilə ünsiyyətdə olmuram. Əməliyyatı icra edirəm. Müraciətə əsasən, şirkətə 20 milyon dollar kredit ayrılıb. Kredit komitəsinin iclasında iştirak etmişəm. Lakin çıxış etməmişəm. Məruzəni bankın filialı edib”.

Hakim Rüfət Daşdəmirovdan soruşub: “Siz nəyə əsasən kredit ayrıldığını, şirkətin nizamnamə kapitalının 10 manat olduğu halda pulun geri qaytarılmasına kimin təminat verdiyini deyə bilərsizmi?" 

Şahidin cavabı belə olub: “Müraciət hüquqi şəxs tərəfindən olub. Hüquqi şəxslərin nizamnamə kapitalı əksər hallarda 10-15 manat civarında olur. Elə müraciətin də əsas məqsədi şirkətin maliyyə dövriyyəsinin yüksəldilməsi istiqamətində olub”.  

Dövlət ittihamçısının “Girovsuz bu qədər böyük məbləğdə krediti niyə ayırdınız?” sualını R.Daşdəmirov “Bu qərarı yalnız bank rəhbərliyi verə bilər” deyə cavablandırıb. 

Prokurorsa bildirib ki, şahidin ibtidai istintaq və məhkəmə ifadələri arasında ziddiyyət var. Hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Şahidin ibtidai istintaqa verdiyi ifadəsindən: 

“Şirkətə kredit ayrılması qanunsuz olub. Çünki şirkət kredit müraciətinin edilməsindən bir neçə saat əvvəl yaradılıb. Bununla bağlı bankın idarə heyətinn sədri Dəyanət Quliyev göstəriş verdi ki, sənədlər yoxlanılsın, müraciət kredit komitəsində müzakirəyə çıxarılsın. Qalan proseslə işiniz olmasın. Bankın filialı məruzə ilə çıxış etdi. Mən bununla bağlı heç bir sənədə imza atmamışam. Bankın rəhbərliyi razılıq verdi. Bununla da kredit verilməsi barədə qərar qəbul olundu”

Məhkəmə prosesi başladığı ilkin dövrdə Zahid Niftəliyev məhkəməyə bildirmişdi ki, keçmiş nazir Fazil Məmmədov işdən çıxarılandan sonra onu çağıraraq kredit borcu olduğunu deyib: 

“Bundan sonra bildim ki, başımın üstündən iş görüblər. 42 milyon manat kredit götürüblər. Deyə bilmərəm kim edib. Bilmirəm, bunu Nəcməddin yeyib, ya Fazil yeyib. Bunu mən deyə bilmirəm. Mən heç 40 manat da görməmişəm”

Məhkəmə prosesi fevralın 5-də davam edəcək. 

Zahid Niftəliyevin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olduğu deyilir. İki il əvvəl orduda rüşvətalma ittihamı ilə həbs edilmişdi. Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza vermişdi. 

Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. 

İstintaq davam etdiyi dövrdə Gəncə Apellyasiya Məhkəməsi prokurorun Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

DTX isə onu öz adına formal şirkət açaraq “Atabank”dan köçürülmüş 42 milyon manat krediti mənimsəmə faktı üzrə cəlb edib. İttiham aktına görə, Zahid Niftəliyev kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

 

Toplum TV

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Fazil Qasımovun məhkəməsində vəkil DİN əməkdaşından soruşur: “Tapançası olan təhlükəli şəxsin əllərini niyə qandallamamısınız?”

18 Yanvar 2025

Açıq mənbədən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı “Qubad İbadoğlu işi”nə görə həbs edilmiş Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir. Məhkəmə iclasına hakim Mahirə Kərimova sədrlik edir.  Yanvarın 17-də keçirilən məhkəmə iclasında qanunsuz odlu silah epizoduna görə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ramil Səlimov şahid ifadəsi verib. O bildirib ki, 19 iyul 2023-cü ildə Anar Əliyevin üstündə odlu silah olması haqda idarəyə məlumat daxil olub və onu yaşadığı evin yaxınlığında saxlayıblar. İdarəyə gətirəndən sonra üzərinə baxış keçirilib, Makarov tipli tapança, güllələr və yüzlük əskinaslardan ibarət 800 dollar aşkar edilib. R.Səlimovun dediyinə görə, Anar Əliyev tapançanı iki il əvvəl tapdığını,...
Məhkəmə

Tofiq Yaqublu: “Milyonlarla manatlıq korrupsiyaya görə Səhhət Həbibbəyliyə şərti cəza verilir, Tofiq Yaqublu həbsdə saxlanılır” 

18 Yanvar 2025

Sosial media hesabı

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir. Yanvarın 17-də məhkəmə yenə sənədləri tədqiq edib.  Tofiq Yaqublu bir daha bildirib ki, zərərçəkən Elşən Hüseynovla digər təqsirləndirilən şəxs Elnur Məmmədov arasındakı hazırda tədqiq olunan Whatsapp danışıqları quramadır, onun sifarişli həbsi üçün müstəntiq Abdulla Cəlilli tərəfindən hazırlanıb:  “İkisi arasındakı saxta Whatsapp dialoqunda bir yerdə Elnur Elşənə deyir ki, qardaş, narahat olma, gedəcəksən, getməmişdən əvvəl bir qonaqlıq təşkil edərsən, mən də yuxarı başda oturaram. Adam xəstəlikdən ölürsə, təcili getməlidirsə, Elnur ona “get, sağ-salamat gəl, sonra qonaqlıq təşkil edərsən” deməməliydi. Ölümcül xəstəlikdən əziyyət çəkən, sağ qalıb-qalmayacağı bəlli...

Seçilmiş Videolar

Toplum TV loqo