Multimedia

Prezident xaricdən maliyyələşən tənqidçi medianı “əlaltı resurs” adlandırdı – GÜNÜN İCMALI

19 Dekabr, 2024
27

Dekabrın 18-də Bakı Apelyasiya Məhkəməsi iqtisadçı alim Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qərarını qüvvədə saxlayıb.

***

Dekabrın 17-də Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanda həbsdə olan jurnalistlərə və fəallara dəstək aksiyası keçiriblər.

****

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini dekabrın 17-də məhkəmə araşdırması başlamış “AbzasMedia” jurnalistlərinə və “AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadəyə qarşı ittihamları ləğv etməyə çağırıb.

****

Dekabrın 18-də Ali Məhkəmə “Xural TV”-nin təsisçisi Əvəz Zeynallının həbs müddətini 2 ay, Elnur Şükürovun cəzasını isə 1 il müddətinə azaldılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Multimedia

ABŞ səfirliyi: “Əsl "namərdlik" ölkə ictimaiyyətini faktlardan yayındırma cəhdidir” – CÜNÜN İCMALI

20 Dekabr 2024

Toplum TV

“Toplum TV”-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin səhhəti pisləşib. **** Avropa Parlamenti Azərbaycanın yüksək rütbəli məmurlarına - Prezident Administrasiyasının Hüquq mühafizə orqanlarıyla iş şöbəsinin müdiri, İlham Əliyevin köməkçisi Fuad Ələsgərova, daxili işlər naziri Vilayət Eyvazova və dövlət təhlükəsizlik xidmətinin rəhbəri Əli Nağıyevə sanksiya tələb edir. **** ABŞ-n Azərbaycandakı səfirliyi “Vaşinqtonun Bakıya qarşı namərd diplomatiya yürütməsi” barədə AzTv-nin ittihamına cavab verib. Səfirliyin “Facebook” hesabındakı paylaşımında qeyd olunur ki, 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və bloqerin həbs edilməsi artıq bir faktdır.   **** Fransanın Azərbaycandakı səfiri Ann Buayon isə İlham Əliyevin sözügedən müsahibədə Fransanın uğursuz dövlətə çevrilməsi barədə dediklərinə cavab...
Multimedia

15 nəfər 1389 cinayət əməlində ittiham olunur – GÜNÜN İCMALI

18 Dekabr 2024

Toplum TV

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə prosesin hazırlıq iclası keçirilib. Jurnalistlər məhkəmə zalına buraxılmayıblar. **** Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, sədr Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Elnur Quliyevin yaxınları “Meydan TV”-yə bildiriblər ki, onun həbsdə olan qardaşı Ramil Quliyev təcridxanada pis rəftara məruz qalır, hətta çarpayı da ayrılmadığına görə döşəmədə yatmalı olur. **** Bakıda həbsdə olan Qarabağ separatçılarının bir çoxunun işi məhkəməyə göndərilib. **** Ötən gün Gürcüstanda etiraz aksiyaları davam edib **** Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri general-leytenant İqor Kirillov Moskvada partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub.

Seçilmiş Videolar

Toplum TV loqo