2019-cu ilin martında Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinə film sahəsinin inkişafı üçün 5 milyon manat ayırıb.
Sərəncama əsasən, bu vəsait dövlət sifarişi ilə film istehsalının və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsinə xərclənməli idi. Azərbaycan Kinemotoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov “Toplum TV”yə açıqlamasında bildirib ki, Mədəniyyət Nazirliyi xərcləri açıqlamayıb.
Mədəniyyət Nazirliyi hər il bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsi elan edir. Ancaq necə olursa, o müsabiqələrdə qalib gələn ssenarilər belə sonra ekranlara çıxmır.
Bir neçə tammetrajlı bədii film isə istehsalata buraxılsa da, sonradan hansısa səbəblərdən iş dayanıb. 2019-cu ildə müsaqibədə qalib gələn ssenarilərdən birinin müəllifi rejissor Pərviz Həsənov “Feysbuk”da Mədəniyyət Nazirliyini tənqid edən paylaşım edib. Rejissorun fikrincə, Nazirlik kino sahəsini məhv etməyi qarşısına məqsəd qoyub.
Sözügedən məsələ ilə əlaqədar “Toplum TV” Mədəniyyət Nazirliyindən mövqe öyrənməyə çalışıb. Nazirliyin əməkdaşı bildirib ki, bu suallara cavab verəcək əlaqədar şəxslər məzuniyyətdədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”