Siyasət

“Amnesty International” həbsdə olan jurnalistlərə tibbi yardım göstərilməsini tələb edir

2 Noyabr, 2026
22

sosial media

“Amnesty International” insan hüquqları təşkilatı həbsdə olan “Meydan TV” jurnalistləri Aynur Elgünəş, Aytac Tapdıq və Şəmşad Ağanın səhhətinin kritik olduğunu bildirərək onların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb.

Təşkilatın oktyabrın 30-da yaydığı “Təcili tədbir” sənədində qeyd olunur ki, böyrək xəstəliyi səbəbindən təcili əməliyyata ehtiyacı olan “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş oktyabrın 18-də Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülsə də, həkimlərin tövsiyə etdiyi əməliyyat hələ həyata keçirilməyib.
“Onun səhhəti hər gün ağırlaşır və təcili əməliyyata ehtiyacı var”, - təşkilat bildirib.

“Amnesty International”ın məlumatına görə, oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi Elgünəşin vəkillərinin ev dustaqlığı ilə əvəzlənmə barədə vəsatətini rədd edib. Sənəddə jurnalist Aytac Tapdığın burun çəpərinin əyriliyi ilə bağlı 22 aydan çoxdur zəruri tibbi yardımdan məhrum edildiyi, mədə xorası olan Şəmşad Ağanın da müalicəyə ehtiyacı olduğu vurğulanır.

Təşkilat “Meydan TV” jurnalistlərinin cinayət təqibini onların müstəqil jurnalist fəaliyyəti ilə əlaqələndirib.
“Onların təqibi Azərbaycanda müstəqil mediaya qarşı getdikcə güclənən təzyiqlərin tərkib hissəsidir”, - açıqlamada deyilir.

“Amnesty International” həmçinin “Toplum TV” və “Abzas Media” ilə əlaqəli həbsdə olan jurnalistlərin də ehtiyac duyduqları tibbi yardımı almaqda oxşar problemlərlə üzləşdiyini qeyd edib. Təşkilat bu halların qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilə biləcəyini bildirib.

“Amnesty International” ictimaiyyəti Azərbaycan prezidenti İlham Əliyevə müraciət göndərməyə çağırıb.
Təşkilat jurnalistlərin dərhal və qeyd-şərtsiz azad olunmasını, onların zəruri tibbi yardımla təmin edilməsini, işgəncə və pis rəftar iddialarının müstəqil şəkildə araşdırılmasını tələb edir.
Müraciətdə Azərbaycanda müstəqil medianın və dinc etirazların cinayət təqibi vasitəsilə hədəfə alınmasına son qoyulması da istənilir.

Təşkilat çağırış kampaniyasını 2027-ci il yanvarın 30-dək davam etdirəcək.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İnanclı məhbus Fərid İsmayılova danışıb: “Hökumət bayraqdakı yaşıl rəngi soldurmaq istəyir”

2 Noyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 il azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov Umbakı Penitensiar Müəssisəsində hicablı şagird və müəllimlərin məktəbə buraxılmamasına etiraz olaraq bir sıra inanclı məhbusun aclıq aksiyasına başladığını bildirir. F.İsmayılovun sözlərinə görə, həbsxanada 10-a yaxın inanclı məhbus aclığı davam etdirir. “Toplum TV” jurnalistin yazısını olduğu kimi təqdim edir. “Oktyabrın 12-dən hicablı şagird və müəllimlərin məktəbə buraxılmaması ölkə həbsxanalarından etirazlarla qarşılandı. Umbakı Penitensiar Müəssisəsində bu etirazlar hələ bir neçə gün əvvəl - oktyabrın 8-dən başlamışdı. Günorta namazlarından sonra hicaba qadağaların olacağı ilə bağlı məlumatlar yayılırdı. Digər məhbuslarla əlaqəm məhdudlaşdırılsa da, bu qərara etiraz edənləri görmək və danışmaq imkanım oldu....
Siyasət

Hicab qadağasına etiraz edən məhbusun intihara cəhd etdiyi deyilir

2 Noyabr 2026

açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü Yavər İsmayılzadənin saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı və buna etiraz olaraq intihara cəhd etdiyi bildirilir.  Bu barədə "Meydan TV" məhbus ailələrinə istinadən məlumat yayıb.  Məlumata görə, Y.İsmayılzadə Azərbaycanda hicablı şagird və müəllimlərin məktəblərə buraxılmamasına etiraz olaraq oktyabrın 14-də aclıq aksiyasına başlayıb və həmin gün cərimə kamerasına ("karser") salınıb. Mənbələr bildirib ki, fəal aclığı dayandırmadığına görə son bir həftədə iki dəfə həbsxana işçiləri tərəfindən fiziki zorakılığa məruz qalıb və hər iki hadisədən sonra özünə xəsarət yetirib.  Y.İsmayılzadənin hazırda harada saxlanıldığı və səhhəti ilə bağlı dəqiq məlumat yoxdur. Penitensiar Xidmət iddia ilə...

Seçilmiş Videolar

Toplum TV loqo