Ölkə

İnanclı məhbusun görüş otağı üçün 70 manat ödəmədiyinə görə “kars”a salındığı bildirilir

20 noyabr, 2026
27

sosial media

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı məhbus Alim Yusifovun 6 günlük intizam cəzası alaraq cərimə kamerasına (“kars”) yerləşdirildiyi bildirilir.
Məhbusun həyat yoldaşı Türkan Əhmədova “Meydan TV”yə deyib ki, Yusifov noyabrın 18-də cəza kamerasına salınıb. Onun sözlərinə görə, buna noyabrın 14-də ailə görüşü zamanı Yusifovla müəssisə əməkdaşları arasında yaranan mübahisə səbəb olub.

Əhmədova bildirib ki, iki günlük görüş zamanı ailədən otaqdan istifadə üçün 70 manat tələb edilib. Onun sözlərinə görə, Alim Yusifov bu ödənişdən imtina etdikdən sonra müəssisə əməkdaşları ilə mübahisə yaranıb.

Həyat yoldaşı görüş zamanı otağın, mətbəxin, hamamın və tualetin suyunun kəsildiyini də deyib. O bildirib ki, müəssisə əməkdaşları ailədən otağa görə pul istəyib, lakin daha sonra müəssisə rəisi belə bir ödənişin nəzərdə tutulmadığını söyləyib.

Türkan Əhmədovanın sözlərinə görə, Yusifov digər məhbusların ailələrinin də görüş zamanı 70 manat ödədiyini bildirərək bu tələbə etiraz edib. Əhmədova tələb olunan məbləğin Şəmkirdən Bakıya gediş-gəliş xərclərinə bərabər olduğunu deyib və müəssisədə məhbuslardan, eləcə də ailələrindən müxtəlif xidmətlərə görə pul alındığını iddia edib. O, həyat yoldaşının cəza kamerasına yerləşdirilməsini də həmin mübahisə ilə əlaqələndirib.

Alim Yusifov 2024-cü il yanvarın 31-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü - külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsi 2024-cü il mayın 6-da onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Yusifov və ailəsi ittihamları qəbul etmir, onun dini inanclarına görə həbs olunduğunu bildirirlər.
O, bundan əvvəl də həbsdə olub. Yusifov 2018-ci ildə Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və həmin ilin iyulunda baş verən etirazlarla bağlı saxlanılıb. 2019-cu ilin mayında ona 7 il 6 ay həbs cəzası verilib, 2023-cü ilin dekabrında isə əfv sərəncamı ilə azadlığa buraxılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Rusiya pasportu ilə Antarktidaya gedən azərbaycanlı bloger Ermənistana buraxılmadığını deyir

18 noyabr 2026

Foto:şəsxi arxiv

Azərbaycanlı əsilli bloger, Rusiya vətəndaşı Rüstəm Şükürov 100 dollar büdcə ilə Moskvadan Antarktidaya səyahət layihəsi çərçivəsində Ermənistana buraxılmadığını deyib. “OC Media”nın məlumatına görə, Şükürov dostları ilə sentyabrın 20-də avtostopla yola çıxıb. Onun sözlərinə görə, Ermənistan sərhədinədək heç bir pul xərcləmədən gəlib çatıb, lakin sərhəd-keçid məntəqəsində ölkəyə girişinə icazə verilməyib. Bloger bildirib ki, Ermənistan səfərin əsas məqsədi deyil, İran və daha sonra Afrika istiqamətində nəzərdə tutulan uzun marşrutun bir hissəsi idi. “Ermənistan böyük səyahət marşrutumun tərkib hissəsi idi. Ermənistandan İrana, oradan da Afrikaya getməyi planlaşdırırdım. Bu, dostumla həyata keçirdiyimiz ikinci böyük səyahət layihəsidir. İlk dəfə Rusiyadan Balidək avtostopla getmişdik”, - Şükürov...
Ölkə

Pensiyasının dayandırıldığından şikayətlənən Yevlax sakininin 30 sutka həbs edildiyi bildirilir

17 noyabr 2026

Meydan TV

Əlillik statusunun ləğvi və pensiyasının dayandırılmasından şikayətlənən Yevlax sakini Elşən Həsənovun 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir. “Meydan TV” bu barədə Həsənovun yaxınlarına istinadən məlumat yayıb. Onun hansı maddə ilə həbs edildiyi hələlik məlum deyil. Həsənov noyabrın 13-də “Meydan TV”yə videomüraciətində əlillik statusunun ləğvindən və pensiyasının dayandırılmasından şikayət edib. O, əvvəllər II qrup əlilliyi olduğunu və 230 manat pensiya aldığını bildirib. Həsənovun sözlərinə görə, sonradan əlillik dərəcəsi III qrupa endirilib, pensiyası 180 manata salınıb, daha sonra isə həmin status da ləğv edilərək ödəniş tam dayandırılıb. Həsənov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarı tibbi sənədlərdə xəstəliyi...

Seçilmiş Videolar

Toplum TV loqo