Ölkə

Bakının mərkəzində evləri sökmüş şirkətin rəhbərinə şərti cəza verilib

30 İyun, 2026
25

Medianews

Bakının mərkəzində sahiblərinin razılığı olmadan mənzil və obyektləri sökmüş şirkətin rəhbərinə məhkəmə şərti cəza verib. 

"Azadlıq Radiosu"nun xəbərinə görə, bu yaxınlarda "Gold Residence" şirkətinin icraçı direktoru Nurlan Məmmədovun işi üzrə yekun məhkəmə prosesi keçirilib. Şirkət rəhbərinə 3 il yarım müddətinə şərti cəza verilib. 

Məhkəmənin şərti cəza verməsində əmlak sahibləri ilə şirkət arasında barışıq əldə olunması və onlara təzminat ödənməsi, habelə N.Məmmədovun məhkəmədə peşmançılıq ifadə etməsi rol oynayıb. 

Söküntü "Nəriman Nərimanov" metro stansiyasının yaxınlığında, Fətəli xan Xoyski prospekti 128-130 və Əhməd Rəcəbli küçəsi 5B ünvanlarının kəsişməsində aparılıb və altı nəfərin əmlakı özlərinin razılığı olmadan sökülüb. Mülkiyyətçilərə ümumilikdə 470 min manata yaxın ziyan dəyib. 

Nurlan Məmmədov əmlak sahiblərinin şikayətləri əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhvetmə və ya zədələmə, zərərçəkmişə külli miqdarda ziyan vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. 

Lakin şirkət rəhbəri istintaq və məhkəmə prosesi dövründə həbs olunmayıb. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

N.Məmmədov məhkəmədəki ifadəsində özünü təqsirli bilib. Lakin o bildirib ki, həmin ərazidə söküntünün aparılması haqda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 2024-cü ildə sərəncam verib.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlərə dəymiş ziyanın ödənildiyini bildirərək məhkəmədən həbs cəzası verilməməsini xahiş edib. Zərərçəkənlər də artıq şikayətçi olmadıqlarını təsdiqləyiblər. 

Nəticədə N.Məmmədov 186.2.1-ci və 308.2-ci maddələr üzrə təqsirli bilinsə də, ona yalnız şərti cəza verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Parlament qərar verib: Təklif olunan evdən imtina edənlər məcburi köçkün statusunu itirəcək

30 İyun 2026

Açıq mənbə

İyunun 30-da Milli Məclis məcburi köçkünlərin statusu ilə bağlı qanuna dəyişiklik edib. Yeni qaydalara görə, onlara təklif olunan yaşayış sahələrindən imtina edənlər məcburi köçkün statuslarını itirəcəklər. Söhbət “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdən gedir.  Hazırda qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün şəxs əvvəl yaşadığı əraziyə qayıtdıqda və ya həmin yaşayış yerinin əvəzinə dövlət tərəfindən mənzillə təmin edildikdə statusunu itirir. Sənəddə keçid müddəası da nəzərdə tutulub. Həmin müddəaya əsasən, qanun qüvvəyə minənədək işğaldan azad edilmiş ərazilərdə əvvəlki yaşayış yerinin əvəzinə yeni mənzillə təmin olunmuş məcburi köçkünlərin statusuna qanunun qüvvəyə mindiyi tarixdən xitam veriləcək....
Ölkə

Azərbaycanda səhiyyə statistikası niyə natamamdır?

30 İyun 2026

president.az

Əhalinin sağlamlığı ilə bağlı dəqiq və etibarlı məlumatlara çıxış hər bir vətəndaşın fundamental hüquqlarından biridir. Bu məlumatların vaxtında, tam və şəffaf şəkildə ictimaiyyətə təqdim edilməsi isə aidiyyəti dövlət qurumlarının əsas öhdəliklərindən hesab olunur. Lakin Azərbaycanda rəsmi statistikanın açıqlanması ilə bağlı mövcud təcrübə bu prinsipə tam uyğun gəlmir. Müşahidələr göstərir ki, bir sıra hallarda dövlət qurumları ictimaiyyəti operativ və dolğun məlumatlandırmaq əvəzinə, məlumatların açıqlanmasını məhdudlaşdırır və ya onları ictimaiyyət üçün əlçatmaz saxlayır. Məsələn, ölkədə neçə özəl tibb müəssisəsinin fəaliyyət göstərdiyi, onlardan neçəsinin yalnız ambulator, neçəsinin yalnız stasionar, hansılarının isə hər iki istiqamətdə xidmət göstərdiyi barədə ictimaiyyət üçün sistemli məlumat mövcud deyil....

Seçilmiş Videolar

Toplum TV loqo