Ölkə

Parlament qərar verib: Təklif olunan evdən imtina edənlər məcburi köçkün statusunu itirəcək

30 İyun, 2026
59

Açıq mənbə

İyunun 30-da Milli Məclis məcburi köçkünlərin statusu ilə bağlı qanuna dəyişiklik edib. Yeni qaydalara görə, onlara təklif olunan yaşayış sahələrindən imtina edənlər məcburi köçkün statuslarını itirəcəklər.

Söhbət “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanuna təklif edilən dəyişiklikdən gedir. 

Hazırda qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün şəxs əvvəl yaşadığı əraziyə qayıtdıqda və ya həmin yaşayış yerinin əvəzinə dövlət tərəfindən mənzillə təmin edildikdə statusunu itirir.

Sənəddə keçid müddəası da nəzərdə tutulub. Həmin müddəaya əsasən, qanun qüvvəyə minənədək işğaldan azad edilmiş ərazilərdə əvvəlki yaşayış yerinin əvəzinə yeni mənzillə təmin olunmuş məcburi köçkünlərin statusuna qanunun qüvvəyə mindiyi tarixdən xitam veriləcək.

Dəyişikliyin əsaslandırılmasında bildirilir ki, vətəndaşın yeni yaşayış sahəsi ilə təmin olunması onun mülkiyyət hüququnun bərpası hesab edilir.

Rəsmi məlumata görə, 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 34 min 500 ailənin, ümumilikdə isə 140 min nəfərin məskunlaşdırılması planlaşdırılır. Azərbaycanda hazırda təxminən 650 min məcburi köçkünün olduğu nəzərə alınarsa, bu, 2026-cı ilədək onların təxminən dörddə birinin, yəni 25 faizinin doğma yurdlarına qayıtmış olacağı mənasına gəlir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Qumar oyunları üçün cəzalar sərtləşdirilir

10 İyul 2026

açıq mənbə

Milli Məclis qumar oyunları üçün cəzaları sərtləşdirir.  Parlamentin iyulun 10-da keçirilən iclasında bu barədə Cinayət Məcəlləsinin müvafiq maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərdən birinə əsasən, internet və mobil rabitə şəbəkəsindən, sosial şəbəkələrdən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə etməklə qumar oyunları keçirənlər iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Onlar, həmçinin, qumar nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə ediləcək. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə, sözügedən əməli törədənlər on min manatdan on beş min manatadək miqdarda cərimə olunur və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum olunur. Digər dəyişiklikdə qumar oyununda təkrar iştiraka görə inzibati...
Ölkə

Azərbaycanda səhiyyə statistikası niyə natamamdır?

30 İyun 2026

president.az

Əhalinin sağlamlığı ilə bağlı dəqiq və etibarlı məlumatlara çıxış hər bir vətəndaşın fundamental hüquqlarından biridir. Bu məlumatların vaxtında, tam və şəffaf şəkildə ictimaiyyətə təqdim edilməsi isə aidiyyəti dövlət qurumlarının əsas öhdəliklərindən hesab olunur. Lakin Azərbaycanda rəsmi statistikanın açıqlanması ilə bağlı mövcud təcrübə bu prinsipə tam uyğun gəlmir. Müşahidələr göstərir ki, bir sıra hallarda dövlət qurumları ictimaiyyəti operativ və dolğun məlumatlandırmaq əvəzinə, məlumatların açıqlanmasını məhdudlaşdırır və ya onları ictimaiyyət üçün əlçatmaz saxlayır. Məsələn, ölkədə neçə özəl tibb müəssisəsinin fəaliyyət göstərdiyi, onlardan neçəsinin yalnız ambulator, neçəsinin yalnız stasionar, hansılarının isə hər iki istiqamətdə xidmət göstərdiyi barədə ictimaiyyət üçün sistemli məlumat mövcud deyil....

Seçilmiş Videolar

Toplum TV loqo