Siyasət

Həbsdə olan fəallar və jurnalistlər von der Leyenə müraciət edib

30 İyun, 2026
158

Açıq mənbə

Azərbaycanda həbsdə olan bir qrup ictimai fəal və jurnalist ölkəyə səfəri gözlənilən Avropa Komissiyası prezidenti Ursula von der Leyenə müraciət edib. 

Həbsdə olan iqtisadçı Fazil Qasımovun ailə üzvlərinin "Toplum TV" ilə bölüşdüyü məktubda o, von der Leyendən azadlığa buraxılmasında köməklik göstərməsini xahiş edib. İqtisadçı eyni məzmunlu məktubla Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa da müraciət edib. 

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev və adları açıqlanmayan bir qrup fəal isə von der Leyenə müraciətlərində Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında son illərdə müşahidə olunan "müsbət dinamikanı məmnunluqla qarşıladıqlarını" bildiriblər. 

"Bununla yanaşı, hesab edirik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında dayanıqlı, etibarlı və uzunmüddətli münasibətlər yalnız strateji və iqtisadi maraqlar üzərində qurulmamalıdır. İnsan hüquqlarına hörmət, qanunun aliliyi və fundamental azadlıqlar bu əməkdaşlığın ayrılmaz və əsas sütunlarından biri olmalıdır. Azərbaycana planlaşdırılan səfəriniz ərəfəsində sizi insan hüquqları məsələsini Azərbaycan rəhbərliyi ilə aparacağınız müzakirələrin mərkəzində saxlamağa çağırırıq", - bəyanatda deyilir. 

"Abzas Media işi" üzrə həbs olunmuş jurnalistlər də Avropa Komissiyası prezidentinə müraciət edərək ölkədə 300-dən çox siyasi məhbusun olduğunu xatırladıblar. 

"İlham Əliyevin ölkədə kütləvi həbslər həyata keçirərkən bir arxayınlığı var. O da Avropanın susqunluğudur. Avropa ölkələrinin Azərbaycanla enerji əməkdaşlığı dəyərlərin maraqlara qurban verilməsinə gətirib çıxarıb", - onlar bildirib. 

"Azərbaycanda rəsmi şəxslərlə görüşünüz zamanı insan haqları ilə bağlı pozuntulara səssiz qalmayacağınıza ümid edirik. Bu barədə təkcə bağlı qapılar arxasında yox, eyni zamanda ictimai şəkildə danışacağınıza ümid edirik. Həm də ümid edirik ki, Azərbaycanla tərəfdaşlıq üçün öncə ölkənin insan haqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsini, siyasi məhbusları azad etməsini şərt kimi irəli sürəcəksiniz. Sizi dəyərlərinizi iqtisadi maraqlarınıza qurban verməməyə çağırırıq", - jurnalistlər əlavə edib. 

Von der Leyenin iyulun 1-də Azərbaycana səfər edəcəyi gözlənilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo