Ölkə

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycandan gedir

18 İyun, 2025
33

Foto: ICRC

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırmağa hazırlaşır. 

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iyunun 17-də yaydığı məlumatında bildirilib.

“Nümayəndəliyin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyatı dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür, o cümlədən işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq”, - məlumatda qeyd olunub. 

BQXK-nın Azərbaycandakı nümayəndəliyindən xəbərə münasibət bildirilməyib. 

Nümayəndəlik 1992-ci ildən Bakı, Ağdam və Bərdə rayonlarında fəaliyyət göstərib. 

Hökumət hələ martın əvvəlində BMT-nin 4 yerli ofisi ilə yanaşı BQXK və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərmişdi. 

Rəsmi Bakının əsaslandırmasına görə, bu qurumların Azərbaycanda məşğul olacaqları bir iş qalmayıb və onların ofisinin fəaliyyət göstərməsinin də mənası yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Söyüdlü hadisələrindən 2 il keçir

20 İyun 2025

Foto: VOA

Bu gün Söyüdlü hadisələrinin başlamasından 2 il ötür. 2023-cü il iyunun 20-dən Gədəbəyin Söyüdlü kəndi ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başladı. Sakinlər Söyüdlüdəki qızıl zavodun quyularında sianidin olduğunu və bu zəhərli maddənin süni yaradılan gölə axıdıldığını, bunun isə əhali üçün təhlükəli olduğunu deyirdilər.  İyunun 22-dən isə Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırıldı. Aksiyada iştirak edənlərə qarşı zorakılıq tətbiq edildi, 10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərirdi. Hadisədən sonra 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açıldı. Aksiyada...
Ölkə

Dam örtüyü uçmuşdu, indi də beton çökdü – məhbus ölümündən sonra ikinci qəza

16 İyun 2025

Foto: Açıq mənbə

12 saylı Cəzaçəkmə Müəssisəsinin binasında son 15 gündə ikinci dəfə qəza baş verdiyi, Penitensiar Xidmət rəhbərliyinin isə məsələyə etinasız yanaşdığı və məhbusları “ölüm təhlükəsi ilə baş-başa buraxdığı” bildirilir.  Bu barədə Müsəlman Birliyi Hərəkatı (MBH) bəyanat yayıb.  Bəyanatda bildirilir ki, iyunun 13-ə təxminən gecə saat 03.00 radələrində 12 saylı Cəzaçəkmə Müəssisəsinin daha öncə dam örtüyü uçmuş binasının başqa bir hissəsində çökmə baş verib. “Böyük beton parçanın çöküntüsü digər binada da titrəyişə səbəb olub. Ətrafda qorxu və həyəcan yaşanıb. Bir neçə gün öncə ölüm faktını yaşayan məhbusların binadan çıxmağa cəhd göstərmələri və bağlı qapılar arxasında binada qalma təhlükələri bir neçə məhbusun sıxlıq...

Seçilmiş Videolar

Toplum TV loqo