Məhkəmə

Azər Qasımlının məhkəməsi vəkillərindən xəbərsiz keçirilib 

19 İyun, 2025
38

Foto: VOA

İyunun 18-də Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının məhkəmə prosesi baş tutub. 

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xəbərdə bildirilir ki, Qasımlının müqavilə üzrə vəkilləri prosesdə iştirak etmədiyi üçün məhkəmənin hazırlıq iclası iyunun 25-nə təxirə salınıb. 

Siyasətçinin həyat yoldaşı Samirə Qasımlı “Facebook” səhifəsində məhkəmə iclasının vəkillərdən xəbərsiz baş tutduğunu bildirib. O qeyd edib ki, iclasdan özü təsadüfən xəbər tutub və vəkillərə çatdırıb. 

O əlavə edib ki, həmin gün səhər vəkil Rövşanə Rəhimli Bakı Ağır Cinayətlər Məhkəməsinə zəng vuraraq iclasın hansı vaxta təyin olunacağı ilə maraqlanıb, lakin ona işin hələ məhkəməyə gəlmədiyi deyilib. 

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Aprelin 3-də onun həbs qətimkan müddəti daha 2 ay uzadılıb. 

Özü ittihamı qəbul etmir.

Qasımlı saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Mayın 6-dan “kars”da saxlanılan işçi hüquqları fəalının səhhəti pisləşib

18 İyun 2025

Foto: sosial media

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin səhhətində problemlər yaranıb.  “İşçi Masası” bildirir ki, vəkil Zibeydə Sadıqova ilə görüşən fəal son 10 gündə qulağında ağrılar olduğunu, iltihab və çirkli axıntı yarandığını deyib.  Şikayətlə bağlı Sadıqova Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə və Penitensiar Xidmətə müraciət edib. Mustafayevin təcili olaraq müayinə olunması və nəticələrinin ailəsinə təqdim olunması tələb olunur.  Mustafayev mayın 6-dan cərimə kamerasında (karr) saxlanılır.  O, həbsdə olan siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması üçün aclıq etdiyinə görə karserə salınıb.  Fəal mayın 19-da karsdan çıxarılmalı olsa da, onun burada saxlanma müddəti 10 gün uzadılıb.  İyunun 3-də isə ailəsi xəbər...
Məhkəmə

Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?

18 İyun 2025

Foto: Toplum TV

“Müstəntiqlər istintaq sirrini yaymamaq barədə biz vəkillərdən iltizam alırlar. Lakin, səhər durub görürsən ki, cinayət işinin bütün məlumatları jurnalistin dili ilə və ağır ittihamedici damğalarla “Real TV”, “Baku TV” kimi televiziyalarda, hökumətyönlü saytlarda nümayiş etdirilir.” Bu sözlər vəkil Nazim Musayevə aiddir. O, siyasi motivli hesab olunan işlərə çıxan azsaylı vəkillərdən biridir. Onun müdafiə etdiyi şəxslər arasında müxalif siyasətçi Tofiq Yaqublu, Toplum TV-nin jurnalisti Müşfiq Cabbar, “Meydan TV” jurnalisti Xəyalə Ağayeva, işçi hüquqları fəalı Möhyəddin Orucov var.  Musayev mayın 30-da “Facebook” səhifəsində etdiyi paylaşımla istintaq materialları olduğu iddia edilən məlumatların dövlət və hökumətyönlü media orqanlarında peyda olması mövzusunu gündəmə gətirib.  Vəkil...

Seçilmiş Videolar

Toplum TV loqo