Manşet

Gəncədə 15 yaşlı məktəblinin intihar etdiyi bildirilir 

19 İyun, 2025
151

Foto: qafqazinfo.az

 İyunun 18-də Gəncə şəhərində “Mahsara bağları” adlanan ərazidə 15 yaşlı yeniyetmənin intihar etdiyi barədə xəbər yayılıb. 

“Qafqazinfo” bildirilir ki, Ümid Niftəliyev adlı məktəbli usta köməkçisi işlədiyi avtomobil təmiri sexində intihar edib. 

Onun, həmçinin, ötən ay ölümü ölkə gündəminə düşən 18 yaşlı Elgün İbrahimovla eyni - 34 saylı orta məktəbdə təhsil aldığı deyilir. 

Hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparıldığı bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Rusiya 18 tonluq Azərbaycan məhsulunu məhv edib 

14 İyul 2025

Foto: sosial media

Rusiyada Azərbaycandan idxal olunan 18 ton şaftalı və nektarin zərərverici tapıldığı iddiası ilə məhv edilib.  Bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitar Xidməti məlumat yayıb.  Məlumatda deyilir ki, Krasnodar şəhərində anbarda saxlanılan məhsullar Qərb çiçəyi tripsi adlanan zərərverici tapıldığına görə məhv edilib.  Bu zərərvericinin gətirilməsi və yayılması Avrasiya İqtisadi İttifaqının qaydalarına əsasən qadağandır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.  2024-cü ildə Azərbaycanın Rusiyaya ixracı təxminən 1,2 milyard dollar təşkil edib və əsasən meyvələr, qoz-fındıq və plastik məhsullardan ibarət olub. Həmçinin, Azərbaycanın Rusiyaya meyvə-tərəvəz ixracı ötən ilin ilk 5 ayı ilə müqayisədə bu il 20% artıb.
Manşet

Ukraynalı jurnalist: “Rusiyaya işləyən azərbaycanlılar öldürülüb” 

14 İyul 2025

Foto: Ukrainska Pravda/Reuters

Ukraynalı jurnalist Yuri Butusov Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Rusiyaya işləməkdə ittiham edilərək öldürülən şəxslərin azərbaycanlılar olduğu haqda xəbər yayıb.  Məlumat SBU və ya digər rəsmi orqanlar tərəfindən təsdiqlənməyib.  İyulun 13-də SBU-nun yaydığı bəyanatda daha öncə SBU zabitini öldürən bir kişi və bir qadının həmin gün əməliyyat nəticəsində zərərsizləşdirildiyi bildirilib. Onların milliyəti və ya kimliyi açıqlanmayıb.  “Onların Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) olan kuratoru onlara SBU zabitinin gündəlik rejimini və marşrutlarını müəyyənləşdirmək üçün onu izləməyi tapşırıb, daha sonra isə silah və səsboğanın yerləşdirildiyi gizli yerin koordinatlarını verib”, - bəyanatda qeyd olunub.  SBU zabiti İvan Voroniç iyulun 10-da Kiyevdə öldürülüb.  Ardınca...

Seçilmiş Videolar

Toplum TV loqo